• $
  • €
  • ₽
  • ₺
  • £

General: “Qoşunlarımız düşməni susdurmaq üçün hazır vəziyyətdədir”

General: “Qoşunlarımız düşməni susdurmaq üçün hazır vəziyyətdədir”
12.07.2017 14:20
"Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrini cavab zərbələri ilə susdurmaq üçün qoşunlarımız hazır vəziyyətdədir".

Modern.az xəbər verir ki, bunu Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin yeni layihəsi olan "Məsum Zəhra” elegiyasının təqdimatında çıxış edən Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev deyib.

General-mayor bildirib ki,  200 ildən çoxdur ki, ermənilərin əli ilə azərbaycanlılara qarşı qəddar soyqırımı siyasəti aparılır. İki əsrdən çox davam edən bu soyqırımlar nəticəsində minlərlə azərbaycanlı amansız işgəncələrlə qətlə yetirilib, yaşayış məntəqələri yerlə-yeksan edilib, etnik təmizləmə və erməni təcavüzü nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdlarından didərgin salınıblar: "Cəzasız qalan erməni faşistləri "Böyük Ermənistan” xülyası ilə bu gün də öz mənfur niyyətlərindən əl çəkmir, insanlığa sığışmayan vəhşiliklər törədirlər. Xocalı, Qaradağlı, Malıbəyli, Meşəli və bir neçə gün öncə Füzuli rayonunun Alxanlı kəndinin ermənilər tərəfindən minaatan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində günahsız körpə Zəhra Quliyevanın və onun nənəsinin həlak olması, bir nəfərin isə ağır xəsarət alması erməni qəddarlığının davamıdır".

O deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin gördüyü adekvat tədbirlər nəticəsində düşmən yenə də susdurulub, az sonra isə Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə qarşı dəqiq atəş zərbələri endirilib.

"General-mayor vurğulayıb ki, müharibədən ən çox əziyyət çəkən dinc əhali, xüsusilə də gələcəyimiz olan uşaqlardır: "Qarabağ müharibəsinin yenidən şiddətləndiyi 90-cı illərdən başlayaraq, bu günə kimi 225 nəfərdən çox uşaq erməni vandalizminin qurbanı olub. Bu, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, konvensiyaların, bəyannamələrin kobud şəkildə pozulmasıdır. Onlar dinc əhalini hədəfə almaqla Azərbaycanı yenidən müharibəyə təhrik etmək, sülh səylərimizi pozmaq məqsədi güdürlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdikləri bu hərbi cinayətlərə görə gec-tez beynəlxalq birlik qarşısında cavab verəcək, öz layiqli cəzalarını alacaqlar".

İdarə rəisi ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasət, Müdafiə, Xarici İşlər nazirliklərinin birgə fəaliyyəti, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin fəallığı sayəsində Alxanlı faciəsinin beynəlxalq qurumları artıq hərəkətə gətirdiyini bildirib.

"Nəhayət dünya erməni vəhşiliyini, erməni vandalizmini pisləyir və onları bu təxribatlardan tez bir zamanda əl çəkməyə çağırır. Təqdim edilən layihədə erməni vandalizminə qarşı tutarlı cavabdır və gənclərdə Vətənə, dövlətə sevgi, düşmənə nifrət hissi aşılanmasında mühüm əhəmiyyət kəsb edəcəkdir”.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol