• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın Qarabağı satacağı qiymət

Ermənistanın Qarabağı satacağı qiymət
12.07.2017 16:37
ABŞ Ermənistanı Rusiyanın enerji asılılığından xilas etmək üçün 8 milyard dollar ayırıb və bu, Rusiya ilə Ermənistanın münasibətlərini korlaya bilər.
İstiPress-in məlumatına görə, bu barədə erməni jurnalist Susanna Petrosyan "Vestnik Kafkaza”da dərc olunmuş məqaləsində bildirir ki, ölkə energetikasının 82%-i artıq Rusiyaya məxsusdur:

"Bunlar sahənin aparıcı müəssisələri -  "Qazprom-Armeniya”, Razdan İES, "Ermənistan elektrik şəbəkələri” QSC, Sevan-Razdan kaskad SES-idir”.
Hazırda ölkənin enerji balansında bərpa olunan energetikanın payı 23%, atom energetikasının payı 40%, qaz trubinlərinin payı 37%-dir. Göründüyü kimi, bütün sahələr üzrə liderlik Rusiyanın payına düşür. Qərb bu məsələdə bərpa olunan enerji sahəsinə diqqəti yetirmək istəyir və bu sahələrə sərmayə yatırmaqla Ermənistanı Rusiyanın asılılığından xilas etməyə çalışır. Bu məsələdə xüsusi diqqət kiçik su elektrik stansiyalarına (SES) verilir. Son bir neçə ildə bu sahədə xeyli irəliləmə olub və ölkədə 100-dən çox kiçik SES fəaliyyət göstərir və onların toplam gücü 125 MVt-ı keçir.

Erməni politoloq Aqasi Yenokyan bir xeyli əvvəl ABŞ-ın bu istiqamətin inkişafı üçün Ermənistana 8 milyard dollar pul vermək istədiyini bildirib. "Lragir.am” portalında  yazdığı məqaləsində o, bildirmişdi:  "Birləşmiş Ştatlar təkliflə çıxış edir. Onlar demokratiya, insan haqları və azad seçkilər deyil, pul - 8 milyard dollar təklif edirlər. Bu, fantastik rəqəmdir”.

Aqasi Yenkoyanın yazdığına görə, ABŞ bu təklifi edən zaman Ermənistan hökumətinin xüsusiyyətlərini hazırlayır: "Vaşinqton tələ hazırlayır, bir tərəfdən anlayırlar ki, nə qədər demokratiya tələb etsələr də, hakimiyyət onu təmin etmək iqtidarında deyil. Buna görə də onlar hakimiyyətin ən çox sevdiyi şeyi - pulu təklif edirlər”.

Rusiyadan gecə döyüşləri barədə etiraf

Aqasi Yenokyanın sözlərinə görə, Amerika həmin pulları Ermənistanda alternativ energetikanın tətbiqi üçün verir. Bu isə Rusiya qazının Ermənistandan çıxması, nəticədə İrəvanın Kremlin təsirindən tam qurtulması deməkdir:

"Bu, bizim müttəfiqimizlə strateji maraqlarımıza ciddi zərbə ola bilər. Qarabağ problemi və Rusiya hərbi bazası ilə yanaşı, Moskva həm də bizi qaz şantajı altında saxlayır”.

Yəni Aqasi Yenokyan dolayısı ilə başa salır ki, Ermənistan bu addımı atarsa, Qarabağ məsələsində Rusiyanın dəstəyini itirsə də, müstəqillik qazanar və Qərblə rahat əlaqələr qura bilər. Ermənistan Rusiyanın təsirindən çıxacağı gün Qarabağı da özü üçün əlverişli şərtlərlə Azərbaycanın nəzarətinə qaytara bilər. Nəticədə, Azərbaycan və Türkiyə ilə yolları açılır,  Ermənistanın fəlakətinə, əhalisinin miqrasiyasına səbəb olmuş blokada şəraiti də yoxa çıxar. Bu isə yalnız Ermənistanda deyil, bütövlükdə  Cənubi Qafqazda inkişafa səbəb ola bilər.

Çingiz Rüstəmov / IstiPress 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol