• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağa qoşun yeridən Moskva....

Qarabağa qoşun yeridən Moskva....
29.05.2020 06:34
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dünən Brüsseldə keçirilən görüşündə ciddi nəticələr əldə olunmadı. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə predmet danışıqların davam etdirilməsinə razıdır. Ermənistanın Gürcüstan sərhədlərini pozaraq, bu ölkənin qədim Hucabi monastrını zəbt etməsi yenidən gündəmə gəlib. Qətərə qarşı embarqonun əsasını qoyan 4 ölkə - Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn böhranı daha da kəskinləşdirəcək birgə bəyanatla çıxış edib. Krımda Rusiyanın Qara dəniz donanmasının döyüş hazırlığının yoxlanılması başlanıb.

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident ordumuzun düşmənə sarsıdıcı zərbələr endirdiyini, Zəhranın və nənəsinin qanı yerdə qalmadığını deyib.

ünən axşam saatlarında Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın görüşü keçirilib. ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunan görüşdə həmsədrlər də iştirak edib.
Görüşdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün bu ilin sentyabrında Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilməsinə dair razılıq əldə olunub.

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə predmet danışıqların davam etdirilməsinə razıdır. Bunu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.



Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşən Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bu görüşdən öncə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının qeyri-formal iclasında iştirak edən Rusiya xarici işlər naziri Sergey Lavrovla bağlı qapılar arxasında müzakirələr aparıb.Nalbandyanla Lavrovun bağlı qapılar arxasında nələri müzakirə etdiyi dəqiq bilinmir. Lakin Məmmədyarovla görüşdən saatlar öncə Nalbandyanın Lavrovla qapalı görüşməsi və nələr müzakirə etməsi maraq doğurur.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dünən Brüsseldə keçirilən görüşündə ciddi nəticələr əldə olunmadı.Rəsmi məlumatda münaqişənin nizama salınmasında irəliləyişlərin əldə olunması üçün şəraitin yaradılması məsələsinin müzakirə olunduğu bildirilir.

Görüşdən öncə Azərbaycan və Ermənistan XİN rəhbərləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış etdilər. Əslində bu çıxışlar dolayısı ilə görüşün atmosferinə də təsir edirdi.

Elmar Məmmədyarov çıxışında qəti şəkildə bildirdi ki, münaqişə beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Edvard Nalbandyan isə İrəvanın qeyri-konstruktiv mövqeyini nümayiş etdirərək, Vyana və Sankt-Peterburq razılaşmalarını gündəmə gətirdi. Nalbandyan bununla "atəşkəsə nəzarət mexanizmi”nin yaradılmasını nəzərdə tutur.

Nazirlər bu ilin sentybarında BMT-nin Nyu-Yorkda keçiriləcək baş assambleyasının iclası çərçivəsində növbəti dəfə görüşəcək.

Göründüyü kimi, Brüssel görüşü nəticəsiz başa çatdı və bu, qarşıdakı günlərdə münaqişə zonasında ciddi toqquşmaların ola biləcəyinə işarədir. Müharibə variantının gündəmə gəlməsi Ermənistanda təşvişə səbəb olub.

"Lragir” saytı yazır ki, təmas xəttində toqquşmalar hər an başlaya bilər.

"Azərbaycan hərbi diplomatiya ilə bizi sıxır və bu təzyiq illər boyunca davam edir”. Bu barədə erməni politoloq Manvel Sarkisyan nazirlərin Brüssel görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Qarabağda status-kvonu dəyişdirmək üçün hərbi diplomatiyadan istifadə edir və bunu gizlətmir.

Ermənistanın Gürcüstan sərhədlərini pozaraq, bu ölkənin qədim Hucabi monastrını zəbt etməsi yenidən gündəmə gəlib."Kavkazplus” saytı gürcü torpaqlarının zəbt edilməsinin iki ölkə arasında ciddi qarşıdurmaya gətirəcəyini yazıb.

Sayt yazır ki, Hucabi monastrı Gürcü Pravoslav kilsəsinin ən böyük ziyarətgahlarından biridir: "Bu ziyarətgah artıq Ermənistan tərəfindən zəbt edilib. Bu gün Hucabi monastrı faciəli vəziyyətdədir və məhv olmaq təhlükəsi ilə üzləşib. Ən dəhşətlisi isə odur ki, sırtıq ermənilər sərhədlərin indiki delimitasiyası üzrə faktiki olaraq monastrın ərazisini zəbt etməyi qanuniləşdirə bilər”.

"Avropa İttifaqı bizə qarşı çox açıq və dəqiq olarsa, məsələn "Biz Türkiyəni Avropa İttifaqına qəbul edə bilmərik” desə, bu, bizi rahatlaşdırar”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BBC telekanalına müsahibəsində deyib.

Türkiyə prezidenti bildirib ki, Avropa İttifaqı açıq və dəqiq mövqeyini nümayiş etdirsə, Ankara B və C planlarını həyata keçirə bilər.

"Yəni, Avropa İttifaqı bizim üçün "olmazsa olmaz” deyiləcək bir yer deyil. Türkiyə öz ayaqları üzərində dayanan, hazırda adambaşına milli gəliri 11 min dolları keçən bir ölkədir. Hazırda xalqımın böyük əksəriyyəti əslində Avropa İttifaqını istəmir, Avropa İttifaqının bizə qarşı yanaşmasını səmimi hesab etmir”, - Ərdoğan vurğulayıb.

Qətərə qarşı embarqonun əsasını qoyan 4 ölkə - Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn böhranı daha da kəskinləşdirəcək birgə bəyanatla çıxış edib. Bəyanatda Dohaya təqdim edilən tələblərin hamısı yerinə yetirilənə kimi embarqonun davam edəcəyi vurğulanıb.

ABŞ və Qətər arasında imzalanan terrorizmlə mübarizə üzrə qarşılıqlı anlaşma haqqında memoranduma toxunan ərəb ölkələri bunun kifayət etmədiyini bildiriblər. Bəyanatda Qətərin terroru dəstəklədiyi və maliyyələşdirdiyi, radikallara qucaq açdığı və digər ölkələrinin daxili işlərinə müdaxilə etdiyi iddia olunub.

"Vikiliks” saytı Rusiyanın maraqları üçün casusluqla məşğul olur. Bunu jurnalistlərə açıqlamasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo söyləyib. O, "Vikiliks”in ABŞ üçün düşmən olduğunu bildirib:

"ABŞ xüsusi xidmət orqanları artıq portalın ələ keçirdiyi elektron məktubları Rusiya hərbi kəşfiyyatının istifadə etdiyini təsdiqləyib. Biz "Vikiliks”ə cavab verəcəyik”.

"Moskva ABŞ prezidenti Donald Trampdan güzəştlər gözləmir”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, dövlət başçısı Vladimir Putin də heç vaxt Rusiyanın hansısa güzəştləri haqqında danışmayıb. Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri arasında görüş iyulun 7-də Almaniyanın Hamburq şəhərində G20 sammiti çərçivəsində keçirilib.

Rusiya "Terminator 2” adı ilə məşhur olan BMPT-72 zirehli hərbi maşını Suriyaya sınaqlara göndərib. Bu haqda ABŞ-ın "The National Interest” nəşrində müdafiə və tarix məsələləri üzrə ixtisaslaşan ekspert Maykl Pek yazıb.

Hərbi maşın ötən həftə Rusiyanın bu ölkədəki "Xmeymim” hərbi bazasına baş çəkən Suriya prezidenti Bəşər Əsədə göstərilib.

"Terminator 2” başqa tankların müdafiəsi üçün və xüsusən şəhər şərtlərində döyüş əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş tankdır. Hərbi maşın Т-72 tankının şassisi üzərində hazırlanıb və dəyişilmiş korpusa malikdir. "Terminator 2” 125 millimetr kalibrli güclü top, iki 30 millimetr kalibrli top, "Ataka-T” ağır pulemyot və tank əleyhinə 4 raketlə təchiz edilib.

Krımda Qara dəniz donanmasının döyüş hazırlığının yoxlanılması başlanıb.Bu haqda Cənub hərbi dairəsinin mətbuat xidməti bildirib.

Krımda və Qara dənizdə donanmanın poliqonlarında keçiriləcək yoxlamalar bir neçə gün davam edəcək.

Qeyd edək ki, iyulun 10-da Qara dənizdə "Sea Breeze-2017” hərbi təlimləri başlanıb. İyulun 22-nə kimi davam edəcək təlimlərə təşkilatçı ölkələr olan ABŞ və Ukraynadan başqa, Belçika, Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, Kanada, Fransa, İtaliya, Litva, Moldova, Norveç, Polşa, Portuqaliya, Türkiyə və İsveçin hərbi hissələri cəlb edilib.
Ömər Dağlı

www.anews.az
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol