• $
  • €
  • ₽
  • ₺
  • £

Polkovnik: "Müharibədir, itkilərin olması qaçılmazdır"

Polkovnik: "Müharibədir, itkilərin olması qaçılmazdır"
14.07.2017 12:41
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq.

"Ölkə başçısı səsləndirdiyi fikirlərlə bir daha mesaj verdi ki, danışıqlar prosesi bu qədər uzanacaq və heç bir nəticəyə gətirməyəcəksə, Azərbaycanın başqa bir yolu qalmayacaq”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan mütləq mənada ərazi bütövlüyünü və süverenleyini təmin etmək üçün güc amilindən istifadə edəcək:

"Biz bunu heç vaxt gizlətməmişik və bu gün də təkrarlayırıq. Bədnam qonşularımız və onun havadarları bunu tez anlasalar, bir o qədər yaxşı olar. Biz davamlı şəkildə bu məsələləri gündəmə gətiririk, amma dediyimiz fikirlər bəzi şəxslər tərəfindən adi söz olaraq qəbul olunur. Azərbaycan 20 il səbr nümayiş etdirib. Bizim bundan sonra gözləməyə vaxtımız yoxdur. Mövqe qətidir. Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır və bu heç bir müzakirə mövzusu ola bilməz. Ölkəmiz tez bir zamanda məsələnin həllini istəyir və bu məsələ həllini tapmalıdır. Azərbaycan Silahlı Qüvvələrini ölkəmizin ərazi bütövlüyü və süvirenliyini təmin etmək üçün hazırlayırıq. Keçirilən təlimlər buna hesablanıb. Azərbaycan siyasi və hərbi rəhbərliyi çalışır ki məsələ sülh yolu ilə həllini tapsın. Çünki bu müharibədə bizim tərəfimizdə də itkilərin olması qaçılmazdır”.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol