Ermənistanda iyul müharibəsi qorxusu

Havaya qalxan "İsgəndər”lər elə göydəcə vurulur
Azərbaycan müdafiə naziri Zakir Həsənovun "RİA Novosti”yə verdiyi müsahibə Ermənistanda ciddi qorxu yaradıb.
İstiPress-in məlumatına görə, Azərbaycan müdafiə nazirinin iki gün öncə verdiy müsahibəyə rəsmi səviyyədə məntiqli bir cavab verilməməsi erməni mətbuatını xüsusilə narahat edib.
Zakir Həsənovun müsahibəsinin bir neçə məqamı erməniləri xüsusilə qorxudub. Aprel döyüşlərindən danışan nazir Azərbaycanın işğal altında olan əraziləri üç günə təmizləyə biləcəyindən danışıb:
"Ermənilər bilir ki, əgər heç kim kənardan işə qarışmasa, onlar üç gün də duruş gətirməyəcəklər. 2016-cı ilin aprel ayında belə olmuşdu. Əgər onda bizi dayandırmasaydılar, onların müqavimətini çoxdan qırmışdıq. Düşmənin illərlə möhkəmləndirdiyi müdafiəni cəmi 40 dəqiqəyə keçdik”.
Zakir Həsənovun erməni mətbuatında və sosial şəbəkələrdə xüsusi müzakirə olunan ikinci ifadəsi münaqişənin dayandırılmasında Rusiyanın oynadığı rol olub, halbuki, erməni siyasətçiləri və KİV-ləri bir ildir aprel döyüşlərində Azərbaycan ordusunu "erməni əsgərinin igidliyinin” dayandırmasından dəm vururdular.
Hər şeyin aprelin 1-də Ermənistan ordusu tərəfindən Tərtərdə bir ailənin öz avtomobilində qətlə yetirilməsindən sonra başladığını deyən Zakir Həsənov bəzi təfərrüatları açıb:
"Mən əmr verdim ki, düşmənin atəş nöqtələrini yaşayış məntələrindən uzaqlaşdırsınlar. Bu, geniş miqyaslı müharibə tapşırığı deyildi. Bizim ordunun 15-20 faizi hərəkətə gətirilmişdi. Ordu bu tapşırığı yerinə yetirdi. Ermənistan Silahlı Qüvvələrini yaşayış məntəqələrindən uzaqlaşdırdı. Ermənistan isə buna elə reaksiya verdi ki, sanki müharibə başlayıb. Onlar bütün öz silahlı qüvvələrini irəli çıxardılar. İrəvandan rezervlər qaldırılmışdı”.
Zakir Həsənov erməni tərəfinin atəşi dayandırmaq üçün Moskvanı vasitəçi saldığını bildirib: "Üç gün bizim mövqelərə hücum etdilər. Halbuki, artı ikinci gün müvafiq Rusiya qurumlarını vasitəçi saldılar. Məsələn, mənə Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu zəng eləmişdi. O mənə dedi ki, "bu işi" dayandırmaq lazımdır, ölkə rəhbərliyi də bu barədə danışacaq. Sonra Rusiya Silahlı Qüvvələrinin Baş Qərərgah rəisi, ordu generalı Valeri Gerasimov bizim Baş Qərargah rəisinə zəng elədi. Sonra aydın oldu ki, erməni tərəfi vaxt udmaq, yenidən qruplaşhmaq və zərbə endirmək niyyətindədir. Amma onlarda bu alınmadı”.
Ermənistan tərəfindən yalnız Dağlıq Qarabağdakı işğalçı ordunun mətbuat sözçüsü Senor Asatryan öz "Faceboօk” səhifəsində bəzi rəqəmlər çap edərək, Azərbaycan müdafiə nazirinin dəqiq danışmadığıın iddia edib. Onun sözlərinə görə, Ermənistan ordusu 2016-cı ilin aprel ayında yalnız 19 döyüş məntəqəsini və 500 hektar ərazi itirib, əvvəllər bu itkinin 800 hektar olduğu düşünülürmüş.
Təbii ki, Senor Astryanın bu məntiqsiz iradları erməni ictimaiyyətini razı sala bilmir. Bu, iyul ayı ilə bağlı Ermənistanda formalaşmış eyforiynı darmadağın etdi. Məsələ, bundadır ki, Şuşanın işğalına rəhbərlik etmiş erməni general Arkadi Ter-Tadevosyan bir qədər əvvəl erməni mətbuatına bildirmişdi ki, iyul ayı münaqişənin nizamlanması üzrə həlledici olacaq. Yəni Ermənistan Rusiyadan aldığı silahları, o cümlədən "İsgəndər” raketlərini istifadə edərək Azərbaycana Qarabağın statusunun tanınması üzrə şərtlərini diqtə eləmək niyyətində olub.
Görünür, iyulun 4-də Fizuli rayonun Alxanlı kəndinin atəşə tutulması elə bununla bağlı idi.
Azərbaycan adekvat cavab verməli idi, ermənlər isə fürsətdən istifadə edib, özləri demişkən, "İskəndər”lə Azərbaycana sarsıdıcı zərbə vurmalı idilər. Azərbaycan adekvat addım atdı, amma Ermənistan əksinə qorxuya düşdü. Çünki ermənilər Azərbaycanın əlində olan real silahın yalnız bir qismini gördülər və bu, onların geri çəkilməsinə kifayət etdi. Təsadüfi deyil ki, Zakir Həsənovun "RİA Novosti”yə verdiyi müsahibədə Azərbaycanın Ermənistanla müqayisədə 50 dəfə artıq raketə malik olduğunu bildirib. Həm də nazir deyib ki, Azərbaycan "İskəndər” raketlərini məhv etməyə qadirdir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























