• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdan Sarkisyanı qorxuya salan MESAJ: Ermənistan ordusu belə MƏHV EDİLƏCƏK – VİDEO

Bakıdan Sarkisyanı qorxuya salan MESAJ: Ermənistan ordusu belə MƏHV EDİLƏCƏK – VİDEO
15.07.2017 14:21
Azərbaycan müdafiə naziri Zakir Həsənovun "RİA Novosti” agentliyinə müsahibəsində "Ermənistanın "İskəndər” raketlərini məhv etmək gücünə malik silahlarımız var” sözləri İrəvanda Serj Sarkisyan da daxil olmaqla siyasi çaxnaşmalara səbəb olub.

Publika.az xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan iyulun 13-də Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunda hərbi hissədə olarkən "Kim "İskəndər”in gücünü bilmir, belə danışır, lakin bu raketi tanıyanlar onun faciəli gücünü də bilir”, deyə bildirib.


Halbuki, Azərbaycanın müdafiə nazirinin "İskəndər”i məhv etmək gücünə sahibik” açıqlaması siyasi ritorika deyil. Azərbaycan Silahlı Qüvvələrinin arsenalında ictimaiyyətə məlum olan ən azı iki raket sistemi Ermənistanın qürrələndiyi "İskəndər”i məhv etmək qabiliyyətinə sahibdir.

1. "Favorit” S-300PMU-2: Bu raket sistemi Rusiya istehalıdır və Azərbaycan ordusunun arsenalında var. S-300PMU-2 saniyədə 2,8 kilometr sürətlə 40 kilometr uzaqlıqdakı hədəfi məhv etmək gücünə sahibdir.

2. "Barak 8”: İsrail istehsalı olan zenit-raket kompleksinə Azərbaycan dilində "İldırım-8” də deyilir.

Barak ivrit dilində ildırım deməkdir. "Barak-8”-in əsas özəlliyi onun mürəkkəb döyüş şəraitində 10 kilometr məsafədə bir neçə hədəfi eyni anda vurmasındadır. Bu hədəflər səsdən iti və səs sürətinə yaxın uçan qanadlı raketlər, hədsiz aşağıdan uçan ballistik və kvaziballistik raketlər, operativ-taktiki raketlər, təyyarələr, vertolyotlar, idarəolunan bombalar və digərlərindən ibarət ola bilər. Raket buraxılandan sonra inersiyal naviqasiya sistemindən istifadə edir, hədəfə yaxınlaşanda isə raketi hədəfə yönləndirən aktiv radilokasiya sistemi işə düşür. Döyüş başlığının ağırlığı 25 kiloqramdır. Raketi havada başqa hədəfə yönləndirmək və trayektoriyasını dəyişmək də mümkündür. İnternet mənbələrində göstərilir ki, "Barak-8” İsraildən başqa dünyanın cəmi 3-4 ölkəsinin silahlanmasında mövcuddur və belə ölkələrdən biri Azərbaycandır.

Serj Sarkisyanın Zakir Həsənovun açıqlamasında dərhal reaksiya verməsi və populist ritorikadan istifadə etməsi təsadüfi deyil. Çünki "aprel müharibəsi”ndə məğlub olan Ermənistan rejiminin erməni ictimaiyyəti qarşısında yeganə təsəllisi "İskəndər” raketləri idi. Aprel döyüşlərində Ermənistanı dəstəkləməyən Rusiya sonradan ermənilərin "könlünü almaq” üçün bu raketləri düşmən ölkəyə verdi. Hərçənd, Ermənistanın qürrələndiyi "İskəndər” raketlərinin Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına məxsus olduğu, İrəvanda keçirilən paradda raketləri rus zabitlərinin idarə etdiyi və erməni hərbi birləşmələrinin arsenalında əslində belə bir silahın olmadığı da məlumdur. Sadəcə olaraq, Rusiya "İskəndər”ləri İrəvana göndərməklə siyasi oyun oynayırdı.

Göründüyü kimi, İrəvanın ermənilər üzərində qurduğu "İskəndər” dumanı tədricən dağılır.

Maraqlısı odur ki, Serj Sarkisyanın "İskəndər” açıqlamasına elə Ermənistan mətbuatı cavab verib.


"Lragir” saytı Sarkisyanın bu açıqlamasına cavab olaraq, onun "aprel müharibəsi”indən sonra Berlində verdiyi "Ermənistan ordusu 1980-ci illərin silahları ilə döyüşürdü” açıqlamasını xatırladıb.
 





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol