• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Çıldıran yolunu asfaltlayır

Ermənilər Çıldıran yolunu asfaltlayır
16.07.2017 20:04
Erməni işğalçıları hazırda de-yure Kəlbəcər rayonunun ərazisi hesab edilən Heyvalı (Drombon) və Çıldıran kəndləri ərazisindən keçən yolu asfaltlayırlar. 


Moderator.az erməni mediasına istinadla xəbər verir ki, Xankəndindən Kəlbəcər və Basarkeçər (Vardenis)dən keçməklə İrəvana gedən yolun genişləndirilməsi və təmiri davam edir. 


Bu barədə qondarma rejim rəhbərinin köməkçisi Tiqran Abramyan öz Facebook səhifsində yazıb. Onun sözlərinə görə, yolun bu hissəsi erməmilər üçün çox vacibdir. Çünki İrəvandan Xankəndinə gələn xarici qonaqlar bu yoldan keçəcək.                                                                                                           


Xatırladaq ki, 25 il öncə yay günlərində  Azərbaycanın yenicə formalaşan ordusunun uğurlu döyüşləri məhz bu kəndlər istiqamətində gedirdi. Onlarla şəhid hesabına azad edilmiş Çıldıran, Heyvalı, Kasapet və s. kimi kəndlərimiz sonradan siyasi oyunlar və xəyanət nəticəsində yenidən düşmən əlinə keçdi.
Çıldıran və Heyvalı (Drombon) kəndləri haqqında oxuculara qısa məlumat verək:                                                           
Çıldıran - Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 1828-ci ildə Türkiyənin Çıldıran adlı ərazisindən çar Rusiyası tərəfindən köçürülmüş erməni ailələri salmışlar. Türkiyədə Çıldıran adlı kənd indi də qalmaqdadır. Türk dillərində çıldır/şıldır "Çay, şəlalə, suyun çırpılması, ətrafa yayılması; qəzəblənmə” mənasında işlənir. Oykonim "Şəlaləli yer"  və ya "məcrasından çıxan çay” mənasındadır.


Çıldıran kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çıldıran kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Çıldıran kəndi Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.


Heyvalı (Drombon) - Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarabağ silsiləsinin ətəyindədir. XIX əsrdə Cənubi Azərbaycandan köçürülmüş erməni ailələri burada yerləşdikdən sonra kənd Drombon (Heyvalı toponimindən erm.-yə kalkadır) kimi rəsmiləşdi. 1992-ci ildə kəndin keçmış adı bərpa edildi. Oykonim "heyva ağacları olan yer” mənasındadır.


Heyvalı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Heyvalı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Heyvalı kəndi Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.


Allah  bu kəndlər və digər torpaqlarımız ugrunda  həlak olan şəhidlərimizə rəhmət eləsin!


Sultan Laçın
moderator.az

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol