Bu gün Lələtəpə şəhidimizin dogum günüdür

Həsənov Təbriz Bəxtiyar oğlu. 1996-cı il 27 Yanvar Hacıqabul rayonu Qızılburun kəndində anadan olub.
1998-ci ilin yanvar ayında Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsinə köçmüşlər. 2000-ci ildə 300№-li körpələr evinə yazılaraq oraya getmişdir. H.Təbriz 2002-ci il Sentyabrın 1 Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsindəki Seyfulla Məmmədov adına 110 saylı tam orta məktəbin 1c sinifinə daxil olub. O, məktəbin fəal şagirdlərindən biri olmuşdu. H.Təbriz 2011-ci ildə həmin məktəbin 9-cu sinifini bitirərək Bakı şəhəri Neft və Energetika Kollecinə qəbul olub. Kollecdə oxuduğu müddətdə müəllim və şagirdlərin hörmətini qazanmışdı. Hamı onu gülər üz və mehriban bir insan kimi tanıyırdı. H.Təbriz 2015-ci il həmin Kolleci bitirmişdir. 2015-ci il İyulun 1 Həqiqi Hərbi Xidmətə çağrılıb, və 2015-ci il iyulun 22 Gəncə şəhərinə Hərbi Xidmətə yola düşmüşdür. 16 avqustda Gəncə şəhərində and içməsi olmuşdur. H.Təbriz oktyabr ayının 17-si Ağdam rayonunun Sarıcanlı kəndinə yollanıb. 2016-cı ilin mart ayında KİÇİK ÇAVUŞ rütbəsi ilə qiymətləndirilib. 2016-cı il aprel ayının 2-sindən 6-na kimi Ağdam ətrafında gedən qızğın döyüşlərdə iştirak edib. Lələtəpə uğrunda gedən döyüşlərdə fəallıq göstərib. H.Təbriz hərbi hissəni fəal əsgərlərindən biri olub. Həsənov Təbriz aprel ayının 22-si Ağdam rayonunun Çəmənli kəndində gedən döyüşlərdə şəhid olub. Aprel Ayının 22-si Gecə saat 04:20-də cənazəsi yaşadığı Ələt qəsəbəsindəki evinə gətirilib. H.Təbriz aprel ayının 23-ü oxuduğu Seyfulla Məmmədov adına 110 saylı tam orta məktəbdən qohumlarının, müəllimlərinin və qəsəbə sakinlərinin iştiraki ilə yola salınmışdı. H.Təbriz Ələt qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Şəhidlər Heç Vaxt Unudulmur
Allah Rəhmət Eləsin
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























