• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağda yeni müharibə alovlana bilər"

"Qarabağda yeni müharibə alovlana bilər"
17.07.2017 14:05
Azərbaycan prezidentinin xarici siyasət üzrə köməkçisi Novruz Məmmədov "RİA Novosti" agentliyinə müsahibə verib.

"Ölkə.Az" xəbər verir ki, cənab Məmmədov müsahibəsində bir çox məqamlara aydınlıq gətirib.

Novruz Məmmədov bildirib ki, beynəlxalq məsələlərdə uğurdan danışmaq çox çətindir. Çünki Varşava müqaviləsinin fəaliyyəti başa çatdıqdan sonra dünyada ədalət prinsipi qalmayıb. Prezidentin köməkçisi deyib: "Dünyanın bu gün belə bir vəziyyətdə olmasının səbəbi ədalətin olmamasıdır. Varşava müqaviləsindən sonra dünya ədalət prinsiplərini saxlaya bilmədi. Əgərr beynəlxalq münasibətlərdə ədalət yoxdursa, universal dəyərlərdən danışmağın nə mənası var?"

Novruz Məmmədov Qarabağ münaqişəsinə də toxunub və bildirib ki, bu münaqişənin ədalətli qiyməti əngəllərlə qarşılaşır: "Bu gün elə bir vəziyyət yaranıb ki, bir müharibə ilə heç nəyi həll etmək olmur. 

Çünki münaqişə başqa bir münaqişə yaradır. Super güclər isə bu məsələdə fəal iştirak edirlər".

Prezidentin köməkçisi həm də qeyd edib ki, Qarabağ münaqişəsi hər an yeni qüvvə ilə alovlana bilər. Çünki bu münaqişə geosiyasi oyunların nəticəsində meydana çıxıb.

"Dağlıq Qarabağ münaqişəsi 25 ildən çoxdur ki, davam edir. Azərbaycanın 20 faiz torpağı Ermənistan tərəfindən işğal edilib. Nəticədə 1 milyondan çox insan qaçqın düşüb və yaşadığı ərazini tərk etmək məcburiyyətində qalıb. Amma bununla yanaşı problemin dondurulmuş münaqişəyə çevrilmə cəhdləri davam etməkdədir. Əminliklə bildirmək olar ki, bu münaqişə geosiyasi oyunların nəticəsidir"-deyə prezident aparatının işçisi bildirib.

Novruz Məmmədov həm də qeyd edib ki, oyunlar davam etdikcə nəticə dəyişməyəcək: "Gürcüstan, Moldova və Ukrayna buna canlı misaldır". Məmmədovun fikrinə görə, "dondurulmuş" Qarabağ münaqişəsi hər an yeni güc ilə alovlana bilər: "Beynəlxalq vasitəçilər Azərbaycanın ərazi bütövlüyünün saxlanılması barədə çıxış etsələr də, niyəsə bitərəf mövqedə dayanmaqdan imtina edirlər. Biz həm həmsədr ölkələrdən, həm də dünya ictimaiyyətindən münaqişənin ədalətli həlli üçün konkret addımlar gözləyirik".

Novruz Məmmədov həm də bildirib ki, Azərbaycan Rusiya ilə əməkdaşlığını genişləndirmək niyyətindədir: "Azərbaycan xarici siyasətində strateji partnyorlarının, o cümlədən Rusiyanın maraqlarını nəzərə alır. Azərbaycan yüz illərdir ki, Rusiya ilə əlaqəlidir. Rusiya ilə geniş əməkdaşlığımız var. Rusiya ilə əməkdaşlığı möhkəmləndirmək və genişləndirmək bizim planlarımıza daxildir".

Bununla yanaşı prezidentin köməkçisi qeyd edib ki, Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya azərbayccanlıları konqresinin ləğvi və Rusiya XİN-in bəzi sərt açıqlamaları rısmi Bakıda anlaşılmazlıq yaradıb.
 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol