• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ münaqişəsinin həllini uzadan səbəb

Qarabağ münaqişəsinin həllini uzadan səbəb
18.07.2017 16:43
"Ermənistanın danışıqlar prosesini uzatması müharibə variantının aktuallığını saxlayır”.

Yenicag.Az xəbər verir ki, qeyd olunan fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlu bu gün keçirtdiyi ənənəvi "Qarabağ saatı”nda səsləndirib.

Politoloqun sözlərinə görə, Ermənistan bütün ciddi-cəhdlə danışıqlardan yayınmağa çalışsa da, buna nail ola bilmir:

"Ermənistanın bu ayın əvvəlində Alxanlıda törətdiyi, 2 yaşlı Zəhra ilə nənəsinin həlak olması ilə nəticələnən növbəti vəhşiliyindən sonra İrəvan Azərbaycanın danışıqlardan imtina edəcəyini gözləyirdi.

Ancaq Azərbaycan prezidenti bəyan etdi ki, Bakı danışıqların davam etdirilməsinin tərəfdarıdır. O baxımdan, qarşıdakı dönəmdə danışıqların planlaşdırılması məhz Azərbaycanın bu mövqeyinin nəticəsidir. Ermənistan isə özünü davamlı şəkildə təkzib etməkdədir. Edvard Nalbandyanın son bəyanatları bunun bariz nümunəsidir.

Ümumiyyətlə, müşahidələr də təsdiqləyir ki, hazırda Ermənistanın Minsk qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransa ilə münasibətlərində də maraqlı hadisələr yaşanır.

Məsələn, Fransanın Ermənistandakı səfiri iyunun əvvəlində keçirtdiyi mətbuat konfransında rəsmi İrəvanın Fransanın adından sui-istifadə etdiyini bildirmişdi. Səfir eyni zamanda, Ermənistanda fransız dilinə diqqətin azaldığını, sovet dövründə bu məsələyə daha geniş diqqət ayrıldığını qeyd edib. 

Fransanın səfiri bu ay keçirtdiyi mətbuat konfransında həmin fikirləri təkrarlayıb.

Ermənistanın ABŞ-la münasibətlərində də maraqlı məqamlar özünü göstərir. ABŞ Ermənistanda evlərin damının Günəş enerjisi verən xüsusi örtüklərlə döşənməsi üçün İrəvana 8 milyard dollarlıq layihə təklif edib. Ancaq Ermənistan Rusiya amilinə görə bu təklifə müsbət cavab vermir. Yəni özünə müstəqil ölkə deyən Ermənistan hətta dam örtüyü məsələsində də sərbəst qərar bildirmək iqtidarında deyil.

Minsk qrupundan danışarkən yenə də qeyd olunmalıdır ki, vasitəçilərin səyləri hələ də qeyri-qənaətbəxşdir. Minsk qrupunun fəaliyyətsizliyi Qarabağ münaqişəsinin həllini uzadır. Bu isə müharibə variantının aktuallığını saxlayır.

Ermənistanda bəzi hərbçilər bu fikirdədirlər ki, bu ay cəbhədə gərginlik daha çox artacaq. Ancaq mənim fikrimcə, hərbi fəallığın yüksəlmə ehtimalı avqust-sentyabr aylarına təsadüf edəcək”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol