• $
  • €
  • ₽
  • ₺
  • £

Polkovnik Manuxin: "Azərbaycan ordusu hazırlıqlı olmalıdır"

Polkovnik Manuxin: "Azərbaycan ordusu hazırlıqlı olmalıdır"
19.07.2017 10:08
"Azərbaycan-Rusiya münasibətlərinin korlanması haqqında danışmaq çox tezdir. Ola bilər ki, kimlərlə bu münasibətlərin korlanmasını istəyir və hətta ciddi-cəhdlə buna çalışır. Təbii ki, buna ilk növbədə ermənilər çalışırlar. Hər halda mən hesab edirəm ki, hazırda Azərbaycanla Rusiya arasındakı münasibətlərə "paz" vurmaq, onları ayırmaq, arasını vurmaq mümkün deyil. Bir şeyi də unutmaq lazım deyil ki, Azərbaycanla Rusiya arasında hərbi və hərbi-texniki sahədə sıx əməkdaşlıq var. Cəmi 1 ay əvvəl Rusiyadan 42 eşelon hərbi texnika gəldi, bu yaxınlarda isə gəmi-paromla bizə məhz indi həddən çox lazım olan mərmilər gəldi. Əgər Rusiya vəziyyətin gərginləşməsini istəsəydi, biz onlardan heç nə almaya da bilərdik. Hər halda hərbi-texniki əməkdaşlıq çox mühümdür. Məncə hazırda bu sahədəki əməkdaşlığın səviyyəsi hər hansı siyasi ambisiyaları çox üstələyir".

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, istefada olan polkovnik Konstantin Manuxin son zamanlar Azərbaycan-Rusiya münasibətlərindəki qeyri-müəyyənlikləri və bu fonda Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən prosesləri şərh edərkən deyib.

Onun fikrincə, Azərbaycan prezidenti İlham Əliyev bu sahədə çox müdrik, incə siyasət yürüdür: "Baxın, o, Qərblə mübahisə etmək, aranın soyumasını istəmir. Prezidentin son Baltikyanı səfəri də çox şeydən xəbər verir. O da Qərbə istiqamət götürüb. Eyni zamanda dövlət başçısı Rusiya ilə də qarşılıqlı münasibətlərə xələl gəlməsini istəmir. Rusiya ilə bütün sahələrdə əməkdaşlıq edilir. İlbəil iki ölkə arasında ticarət dövriyyəsi artır. Ona görə də düşmənlərimizin əlimizdəki silah və texnikadan qorxmağına və çəkinməyinə dəyər".

Cəbhə xəttinə hərbi əməliyyatların keçirilməsinə gəlincə, polkovnikin fikrincə, hələlik bu barədə dəqiq nəsə demək çətindir. Bununla belə o, avqust ayında hərbi əməliyyatların olacağını istisna etmir:

"Hazırda dünyada, Avropada və Amerikada vəziyyət elədir ki, heç kim burada vəziyyətin gərginləşməsini istəmir. Lakin buna baxmayaraq, bölgədə hərbi eskalasiya təbii ki, davam edəcək. Çünki Ermənistan tərəfi çox alçaqcasına hərəkətlər edir. Onlar dinc, mülki insanları hədəf alırlar. Bir neçə gün əvvəl Füzulidə nənə və nəvənin qətlə yetirilməsi məhz ermənilərin alçaqlığından, qəddarlığından xəbər verir. Bu onların hərbi doktrinasının tərkib hissəsidir. Azərbaycan ordusuna gücü çatmadığından zəif yerlərə, mülki şəxslərə və yaşayış obyektlərinə atəş açırlar. Bu, qeyri-insani hərəkətdir, bu, alçaqlıqdır! Hesab edirəm ki, dünya ictimaiyyəti bu məsələyə ciddi yanaşıb lazımi qiymət verməlidir.

Hərçənd, avqust ayında cəbhədə hansı hərbi əməliyyatlar baş verə bilər. Hər halda bu mənə belə gəlir. Çünki avqust bu baxımdan bir qədər narahat, qeyri-sabit aydır.

Xatırlayırsınızsa, bir neçə il əvvəl də məhz iyulun sonu, avqust ayında cəbhədə vəziyyət gərginləşmişdi, ermənilər güclü diversiya əməliyyatı həyata keçirməyə cəhd göstərmişdilər. Ona görə də, hesab edirəm ki, Azərbaycan Ordusu cəbhədə çox ehtiyatlı olmalı, avqust ayına yaxşı hazırlaşmalıdır. Düzdür, onsuz da ordumuz həmişə hazırdır, amma düşmənə layiqli cavab zərbəsi endirmək üçün daha hazırlıqlı olmaq lazımdır. Məncə, biz buna yüksək səviyyədə hazırıq. Bunun üçün bizim həm gücümüz, həm də müdrikliyimiz yetərincədir".
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol