Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqların növbəti raundu keçirilib

İyulun 19-da Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların növbəti raundu keçirilib.
Azərbaycan XİN-dən Oxu.Az-a verilən məlumata görə, sazişin siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunmuş bu danışıqlarda tərəflər arasında məhsuldar fikir mübadiləsi aparılıb.
Danışıqların növbəti raundunun görüşlər, eləcə də, videokonfranslar vasitəsilə davam etdirilməsi razılaşdırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























