• $
  • €
  • ₽
  • ₺
  • £

“Qoşunları ölkədən çıxar!” - Rusiyaya qarşı QƏRAR

“Qoşunları ölkədən çıxar!” - Rusiyaya qarşı QƏRAR
21.07.2017 15:52
Moldova parlamenti sülh kontingentinə daxil olan Rusiya hərbçilərinin ölkə ərazisindən çıxarılması haqqında bəyannaməni təsdiq edib.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu, yalnız siyasi bəyanatdır və heç bir hüquqi qüvvəsi yoxdur.

2017-ci ildə tanınmamış "Dnestryanı Moldova Respublikası”nda sülh əməliyyatının başlanmasından 25 il keçir. Münaqişə zonasında yerləşdirilən sülh kontingentinin tərkibinə 402 Rusiya, 492 Dnestryanı, 355 Moldova hərbi qulluqçusu, həmçinin Ukraynadan on hərbi müşahidəçi daxildir.

Bəyannamə səsverməyə çıxarılan zaman Sosialistlər Partiyasının fraksiyasından olan deputatlar etiraz əlaməti olaraq iclas zalını tərk ediblər.

"Bu layihə prezident İqor Dodonun vəziyyəti düzəltmək cəhdlərinə qarşı təxribatdır”, - sosialist deputat Vlad Batrınça deyib.

Qeyd edək ki, daha əvvəl Moldova prezidenti İqor Dodon Dnestryanı məsələsinin həllində güc tətbiq edilməsinin qəti olaraq əleyhinə çıxış edib. O, ölkənin birliyi üçün rəsmi Kişinyovun kompromisə getməyə hazır olduğunu bildirib.

"Əlbəttə bizdə də münaqişə törətməyə çalışanlar var, ancaq onların sayı çox azdır. Onları burada yeni bir qaynar nöqtə yaratmaq üçün Qərbdən sövq edirlər. Mən həmişə bu tip ssenarilərin əleyhinə olmuşam və olacağam da”, - deyə prezident çıxışı zamanı bildirib.

Xatırladaq ki, əhalisinin 60 faizdən çoxunu rus və ukraynalıların təşkil etdiyi Dnestryanı ərazisi hələ SSRİ-nin süqutuna qədər Moldovanın tərkibindən çıxmışdı. Bildirilir ki, Dnestryanı ərazinin bu qərarı Moldovanın Rumınıyaya birləşməsi ehtimalı ilə bağlı olub. Kişnyov 1992-ci ildə problemi güc yolu ilə həll etməyə çalışsa da, bu cəhd uğuruszluqla nəticələnib. Bundan sonra Dnestryanı ərazi tamamilə Kişnyovun nəzarətindən çıxıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol