Sarkisyan İrəvanı itirir

Korrupsiya ölkəni içəridən dağıdır
Hakimiyyətin bütün səylərinə baxmayaraq, Ermənistanda korrupsiya çiçəklənməkdə davam edir.
Korrupsiya xüsusən, dövlət gəlirləri ilə əlaqədar olan strukturlarda daha qabarıq şəkildə özünü büruzə verir.
"Qraparak" qəzeti yazır ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Vardan Arutunyan xoşuna gəlmədiyi işçini uzaqlaşdırmaq əvəzinə elə bir yerə göndərir ki, işçi özü istefa ərizəsini yazmağa məcbur olur. Komitədə düşünürlər ki, kadrların əvəzlənməsi o qədər sürətlə baş verir ki, qapıda iş qrafikini dəyişməyə macal tapmırlar. Məsələn, keçmiş deputat Vardan Ayvazyanın yaxın qohumu Artur Ayvazyan bir ildə 3 dəfə iş yeri dəyişib.
İravunk qəzeti yazır ki, Aleksanyanın "şəkər imperiyası"nı çökdürmək cəhdləri də uğursuzluğa düçar olub. Üç ay bundan əvvəl "Ayazn" partiyasının üzvü Armen Mkrtçyan bəyan edib ki, Rusiya-Gürcüstan sərhədində Ermənistana yola düşməkdə olan şəkər partiyası aşkar olunub. Bütün yoxlamalardan keçdikdən sonra, mal Rusiyaya yola salınıb, ruslar isə idxalı həyata keçirməkdən imtina edib. Mkrtçyanın hədəfi Ermənistanda monopoliyanı dağıtmaq cəhdi olub və bu cəhdlər də uğursuz olub. Qeyd edək ki, şəkər monopoliyasına deputat və biznesmen Samvel Aleksanyan rəhbərlik edir.
Ermənistanın Mərkəzi Bankı isə lombardların üzərinə hücuma keçib. Bank hər gün lombardların siyahısını dərc edir, maliyyə nəzarəti mexanizmlərini sərtləşdirir, reydlər həyata keçirir və cərimə etmək üçün təkrar-təkrar yoxlamalar aparır.
Bütün bunların fonunda mətbuatda İrəvanda ictimai nəqliyyatda gediş haqlarının qalxması barədə söhbətlər də gəzir. Sentyabrda gediş haqları arta bilər.
Ermənistanda rüşvəxtxorluq o dərəcəyə çatıb ki, hətda ölkənin əsas orqanları bu qorxunc ləkə ilə mübarizə aparamaqda çətinlik çəkir. Ölkədə dolların qiymətinin qalxması biznesməenlərə çətinlik yaradır. ABŞ valyutası bəzi mafioz qurupların əlində dövr edir.
Korrupsiyaya Qarşı Beynəlxalq agentlik 1980–ci illərin sonunda dünya üzrə ölkələrin reytinqində Ermənistanı 25–ci pillədə qərarladırmışdı. İndiki dövrdə isə bu reytinqdə bu ölkə antirekorda imza atıb.
Bəzi ekspertlərin fikrincə, yaxın gələcəkdə əhalini gərgin proseslər gözləyir. O ki, qaldı prezident Sarkisyanın movcud olmasına, ölkə parlamenti yeni dövlət idarəetmə sisteminin qurulması məsələsində əsas rol ayırıb. Bu da mənalı və çox məsuliyyətli dövrə qədəm qoymaq deməkdir. Nə dərəcədə effektli olacağını isə zaman göstərəcək.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























