• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağın açarı

Qarabağın açarı
25.07.2017 09:59
Sənə yalan deyiblər, dostum! Səni aldadıb inandırıblar ki, Qarabağın açarı Rusiyanın, Amerikanın, ATƏT-in, beynəlxalq aləmin əlindədi.

Bir-birimizin gözünə kül üfürürük. Hökumət bizim, biz də hökumətin. Özümüz özümüzü aldadırıq, inandırırıq ki, Qarabağın işğalda qalmasına ən başlıca səbəb Ermənistandı, Rusiyadı, xristian dünyasıdı. Uzun illərdi aldadırıq bir-birimizi, bu gedişlə deyəsən hələ çox uzanacaq bu iş.

Əsl həqiqəti görməmək üçün dəvəquşu pozası alırıq. Ən dəhşətlisi də bu müvazinətlə barışmağımızdı.

Gerçək olansa budur ki, Ermənistan Qarabağ kilidində sonuncu açardı.

Rusiya kilidinə düşən açar da taparıq, bundan sonra Amerikanın, Avropanın – bütün dünyanın qapıları özü açılar taybatay.

Müşkülümüz öz qapımıza – Azərbaycan qapısına düşən bu açarı tapmaqdı. Bu qapı açılmadan o birilərini aça bilmərik.

Qarabağ tilsimi bir dəli sevgiyə möhtacdı, sevgi inad deməkdi həm də. O tilsimi inadlı sevginlə sındırar, açarsan. Mübariz İbrahimov həlak olanda yazmışdım ki, Qarabağa zəfər yolumuz vətəni dəli bir eşqlə sevməkdən keçir.

Qarabağın açar kodu Azərbaycan hakimiyyəti və Azərbaycan xalqıdı.

Ali baş komandan gecələr yuxudan qan-tər içində "Qarabağ” bağırıb qəfil ayılanda sınacaq tilsim. Qərargahı Bərdəyə, Quzanlıya köçürüb "Mən burdayam – Qarabağda! Gəlmişəm Qarabağı azad edək” deyəndə sınacaq. Populizm deməyəcəklər buna. Bu, elə həmin dəli sevdadı – vətən sevdası. Bu, elə həmin tilsimin açarıdı. Tilsim bu sevdada sınar. Yerdə qalan diplomatiya, hərb məsələləri bu sevdadan keçər.

Qarabağın ovsunu hakimiyyətin ən yuxarı pilləsindən üzü aşağı məmur ordusu çapovulçu instinktlə yox, vətən eşqi, yurda sahiblik duyğusuyla yaşayanda çəkiləcək.

Hər azərbaycanlı Dilqəm Əsgərov, qarabağlı Şahbaz Quliyev, ağdamlı Həsən Həsənov olanda sınacaq bu tilsim. Dilqəmgil ana qəbrini ziyarətə, yurda baş çəkməyə getmək üçün kimsədən icazə almamışdılar. Biz onları tək qoyduq. Bir Dilqəm yerinə on Əli, yüz Vəli, min Vahid olsaydı erməni də, rus da, dünya da baxıb görərdi. Görüb deyərdi bunlar havalıdılar, dəlidilər, yurd sevdalısı, vətən dəlisidilər.

Ağdamı işğal günündə yada salan nə qədər könlüqırıq yurddaşımın ürək sözünü oxudum. Bunlar pafosdan uzaq, səmimi qəlb sözləridi. Amma Qarabağa bu yetmir! Qarabağa sözün qorxmayan üzü lazımdı.

Qarabağ yolunda hədəf ermənidən qabaq özümüzük.

Qarabağı onu geri qaytarmağa borclu olanlardan soruşacaqsan. Qarabağı onu qaytarmağa borclu olanların yaxasından yapışaraq tələb edəcəksən.
Qarabağı ermənidən qabaq özündən, öz hakimiyyətindən istəyəcəksən!

Hakimiyyət sənə borcludular, sən hakimiyyətə yox. Sən onun qabağında əzilib-büzülüb, əriyib-tökülüb, yaltaqlanıb-pişikləndikcə Qarabağ da, elə vətənin yerdə qalanı da sənin olmayacaq, dostum Azərbaycan vətəndaşı, qardaşım Qarabağ qaçqını.

Qarabağın açarı ermənidə, rusda deyil! Özündədi, qəlbindədi – "cibinə” əməlli bax!

Vahid Qazi
24 iyul, 2017-ci il
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol