Naxçıvan Konstitusiyasını dəyişir

İyulun 25-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilib.
Oxu.Az-ın xəbərinə gör, Muxtar Respublikanın Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiyanın gündəliyinə sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi və s. məsələlər daxil edilib.
Deputatların və sessiya iştirakçılarının diqqətinə çatdırılıb ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilib. Həmin dəyişikliklərə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanıb. Qanun layihəsi 2017-ci ilin fevral ayında keçirilən Ali Məclisin sessiyasında qəbul edilib.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 50-ci maddəsinin II hissəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər iki dəfə səsə qoyulur. Buna görə də Qanun layihəsi ikinci səsverməyə çıxarılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























