• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyənin aldığı “S-400”-lər Ermənistanla sərhəddə yerləşdiriləcəkmi?

Türkiyənin aldığı “S-400”-lər Ermənistanla sərhəddə yerləşdiriləcəkmi?
27.07.2017 12:32
Türkiyə gələn il Rusiyadan uzaq və orta mənzilli "S-400” raket sistemləri alacaq. Bunun üçün Ankara 2,5 milyard dollar ödəməyə razılaşıb. NATO üzvü olan Türkiyənin Rusiyadan "S-400” raket sistemlərini almasına səbəb müttəfiqlərinin heç birinin ona anoloji silah satmaq istəməməsidir.

Bundan başqa, "Bloomberg”in yazdığına görə, NATO Türkiyəyə raket sistemləri verərkən onların Yunanıstan və Ermənistan sərhədlərinə yerləşdirilməsinə qadağa qoyur. Rusiya ilə razılaşmada isə Türkiyənin bu sistemlərdən istədiyi yerdə istifadə etmək hüququ qeyd olunur. Başqa sözlə, Türkiyə Rusiyadan alacağı raket sistemlərindən birini Ermənistanla sərhəddə yerləşdirə bilər.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bu fikirdədir ki, əslində Türkiyə həmin silahı ABŞ və ya NATO-dakı tərəfdaş ölkələrindən almaq istəyir. Amma başda ABŞ olmaqla həmin ölkələr sözdə Türkiyənin müttəfiqi sayılsalar da ona bu cür müasir silahları satmırlar: "Türkiyə elə bir bölgədə yerləşir ki, hər tərəfdən terrorçularla üz-üzədir. Suriyada müharibə gedir, İraqda vəziyyət ağırdır. Bu baxımdan, Türkiyəyə mütləq müasir silahlar lazımdır. Əlacsız qalan Türkiyə Rusiyaya müraciət etdi. Rusiya isə Türkiyə ilə strateji tərəfdaşlıqdan çıxış edərək, S-400 raket sistemlərini bu ölkəyə satmaq qərarına gəlib. Bu, ABŞ başda olmaqla bir çox ölkələri narahat edir. Onlar Türkiyəyə bu silahları satmır, üstəlik, deyirlər ki, başqasından da alma. Bu, necə müttəfiqlik, tərəfdaşlıqdır?”

E.Şahinoğlu vurğulayıb ki, Türkiyənin Rusiyadan S-400 raket sistemlərini almasından Ermənistan da narahatdır. Doğrudur, Rusiya-Azərbaycan hərbi əməkdaşlığından fərqli olaraq, Ermənistan Rusiyanın Türkiyəyə silah satmasına açıq etiraz edə bilmir. Başa düşür ki, bu, artıq Rusiyanın daxili işlərinə müdaxilə deməkdir.

Türkiyənin bu silahlardan necə istifadə edəcəyinə gəlincə, politoloqa görə, onların Ermənistanla sərhəddə yerləşdirilməsi realdır: "Çünki, Ermənistan işğalçı siyasətini davam etdirir. Türkiyə isə Azərbaycanın müttəfiqidir. Və Ermənistana müəyyən təzyiqlər etmək imkanına malikdir ki, siyasətini korrektə etsin. İstisna etmirəm ki, bu raketlərin bir qismi Ermənistanla sərhəddə yaxın ərazidə yerləşdirilsin. Doğrudur, Ermənistanla sərhəddi Rusiya qoruyur. Amma bu raketlər birbaşa Rusiyanın maraqlarına qarşı yönəlməyib. Necə ki, Rusiya Ermənistandakı modernləşdirilmiş hərbi bazaların nə Azərbaycana, nə İrana, nə də Türkiyəyə qarşı olduğunu bildirir, eləcə də Türkiyə açıqlaya bilər ki, raketlər istənilən sərhəddin perimetri boyu yerləşdirilə bilər və bu raketlər üçüncü ölkələrə, o cümlədən, Ermənistana qarşı deyil. Amma Ermənistan bilməlidir ki, işğalçılıq siyasəti davam etdikcə və müharibə ehtimalı artdıqca Türkiyə buna seyirçi qalmayacaq”.

Siyasi ekspert Arzu Nağıyev isə qeyd etdi ki, Türkiyənin Rusiyadan S-400 raket kompleksləri alması məsələsi hələlik danışıqlar səviyyəsindədir: "Bu müqavilə ilə bağlı NATO, daha doğrusu, ABŞ narahatdır. Hətta buna görə Türkiyədən izahat da tələb edir. ABŞ bilmək istəyir ki, Türkiyənin almaq istədiyi S-400 raketləri hansı məqsədlə istifadə olunacaq. Türkiyə özünü silahla təmin edən, istehsal etdiyi silahları xaricə satan bir ölkədir. Odur ki, Türkiyənin birdən-birə belə bir istək sərgiləməsi ABŞ-a təəccüblü görünür”.

Bu raket sistemlərinin bir hissəsinin Ermənistanla sərhədə yerləşdirilməsi məsələsinə gəlincə, A.Nağıyev bildirib ki, Türkiyə bir NATO üzvü olaraq Ermənistanla həmsərhəddir və bu sərhəd həm də NATO-Rusiya sərhəddi deməkdir. Yəni kompleksin hərbi taktiki xarakteristikasına görə bu sərhəddə yerləşdirilməsi heç bir məntiqə uyğun gəlmir.

Elvin Abdulqədirov
AzVision.az



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol