Meyiti gələn çavuşun yaxınları yolu bağlayıb - VİDEO

Bir neçə gün öndə Goranboy rayonunun Nadirkənd kənd sakini, əsgər Hümbətov Vüsal Novruz oğlunun cənazəsi ailəsinə təhvil verilib. Lənkəran Sərhəd Dəstəsinin "N” saylı hərbi hissəsinin çavuşu V.Hümbətovun intihar etdiyi bildirilib.
Ailənin tək övladı olan əsgərin intihar etdiyinə inanmayan yaxınları iyulun 28-də, onun yas mırasiminin 7-ci günü Bakı-Qazax magistral yolunu bağlayaraq aksiya keçiriblər. Hadisə iştirakçilarının sözlərinə görə, ailə üzvləri hərbçinin öldürüldüyünü iddia ediblər.
"Məzuniyyətə gəlməsinə iki gün qalmışdı. Niyə intihar etsin?” – deyən ailə üzvləri əsgərin ölüm səbəbinin araşdırılmasını tələb ediblər.
Bazar günü olduğu üçün Müdafiə Nazirliyindn məsələyə munasibət ala bilmədik və mövqelerini vermeye hazırıq
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























