• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda müharibə sürətlə yaxınlaşır

Qarabağda müharibə sürətlə yaxınlaşır
31.07.2017 10:40
Ermənistan danışıqlar prosesindən yayınmaq üçün yeni hiyləyə əl atır.

Publika.az xəbər verir ki, Azərbaycanın işğal olunmuş torpaqlarından Ermənistan tərəfindən yaradılan qondarma "DQR”-in İrəvandakı "nümayəndəsi” Qarnik İsaqulyanın verdiyi açıqlamada işğalçı erməni rejiminin hiylələri aydın şəkildə görünür.

Q.İsaqulyan deyir ki, "əgər Ermənistana təzyiqlər olacaqsa, biz (qondarma "DQR”-i nəzərdə tutur - red) İrəvanın Xankəndini təmsil etmədiyini elan edəcəyik”.

Bu açıqlamaya geniş spektrdən baxdıqda ortada status-kvonun dəyişməsi üçün təzyiq göstərdiyini, İrəvan rejiminin də önləyici addım olaraq, "diplomatik manevr” etdiyini hesab etmək olar. Söhbət hansı təzyiqdən gedir? Mümkündür ki, Ermənistana münaqişənin həlli üçün real danışıqlara başlaması ilə bağlı təzyiqlər var. İndiki məqamda nəzərlər prezidentlərin Rusiyada gözlənilən görüşünə yönəlir. Ehtimal ki, Rusiyada Bakı-Moskva-İrəvan olmaqla keçiriləcək üçtərəfli görüşdə Ermənistanın qarşısına şərtlər qoyulacaq və bu şərtləri İrəvan rejiminin bel bağladığı Kreml də dəstəkləyəcək. Bu kontekstdən Azərbaycan və Rusiya prezidentlərinin iyulun 21-də keçirilən Soçi görüşü yada düşür. Görünür, İrəvan diplomatiyanın pərdələri qapanan səhnəsində baş verənlərdən və gözlənilən təzyiqlərdən məlumatlıdır. 

Məhz buna görə qondarma "DQR” kartını dövriyyəyə buraxır. Burada bir-biri ilə üzvü şəkildə bağlı olan iki hədəf var.

Birincisi, Ermənistan təzyiqlərin qarşısında duruş gətirmək üçün məsuliyyəti üzərindən atır və "məsələ "DQR”-dən asılıdır” tezisini yaradır.

İkincisi, bununla həm də qondarma "DQR”-i münaqişənin tərəfi olaraq prosesə daxil etməyə cəhd edir.

Ermənistanın bu təhlükəli oyunu faktiki olaraq müharibəyə start vermək deməkdir. Çünki bu manevr avtomatik olaraq onsuz da olmayan danışıqlar prosesini tamamilə sıradan çıxaracaq, vəziyyət belə olanda isə Azərbaycanın ehtiyatda saxladığı hərbi variant qaçılmaz olacaq. Bunu İrəvan da anlayır, lakin iyulun 30-da erməni mediasında yayılan bir xəbər Ermənistanın müharibəyə hazırlaşdığı fikrini ön plana çıxarır.

Qondarma "DQR”-in "müdafiə naziri” Levon Mnasakyan Ermənistanın ictimai televiziyasının efirində elan etdi ki, "Qarabağ ordusu” çox güclüdür, rəqibin bütün hərəkətlərini izləməyə qadirdir və "bizdə alov saçan çox güclü silahlar var”.

İsaqulyanla Mnasakyanın ard-arda verdikləri açıqlamalar təsadüfi ola bilməz. Onların hər ikisini İrəvan rejiminin danışdırdığı və dedikləri sözlərin də işğalçı erməni rejimi tərəfindən hazırlandığı şübhəsizdir.

- Ermənistan gözlənilən təzyiqlərdən yayınmaq üçün diqqəti qondarma "DQR”-in üzərinə yönəldir; bununla həm də danışıqlar prosesinə qondarma "DQR”-i daxil etmək gedişi edir; "DQR”-in "müdafiə qabiliyyətini” gündəmə gətirməklə güc nümayişi göstərir.

Sual yaranır: Ermənistan güc nümayişi üçün niyə "DQR”-i önə sürür, hansı ki, burada erməni ordusunun gücündən danışmaq daha məntiqli olardı.

Cavab aydındır: bu da qondarma "DQR”-i tərəf kimi göstərmək planın tərkib hissəsidir.

Bütün hallarda düşmənin təhlükəli oyun oynadığı ortadadır. Proseslərin inkişafı isə Ermənistanın "məsələni "DQR”-ə dövr etmək”dən ibarət olan hiyləgər planı həyata keçirmək üçün Azərbaycan Ordusunun mövqelərinə təxribat hücumları həyata keçirə biləcəyi ehtimalını gücləndirir.
 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol