Qırğızıstanda 59 nəfər prezident olmaq istəyir

Qırğızıstan Mərkəzi Seçki Komissiyası avqustun 1-də prezident seçkilərinə namizədlərin sənəd qəbulunu yekunlaşdırıb.
anews.az Trend-ə istinadən xəbər verir ki, 59 nəfər prezidentliyə namizədliyini irəli sürüb.
Namizədlərin 49 nəfəri fərdi, daha 10 namizədlik isə siyasi partiyalar tərəfindən irəli sürülüb.
Qeyd edək ki, ölkə prezidenti olmaq üçün 30 min səs toplanmalı, 1 milyon som ödənilməli və mütləq şəkildə dövlət dilindən imtahan verilməlidir.
Seçkilər oktyabrın 15-də keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























