Ermənistanda matəm mərasiminin iştirakçıları atəşə tutulub, ölən və yaralananlar var

Ermənistanda naməlum şəxs matəm mərasimi iştirakçılarına atəş açıb. anews.az-ın NEWS.am-a istinadən verdiyi məlumata görə, 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Məlumata görə, naməlum şəxs Araqatsonk vilayətinin Şamiram kəndindəki məzarlığa gələrək matəm mərasimində iştirak edən insanlara atəş açıb. Qeyd edək ki, Şamiram kəndində ölkənin yezidi azlığı məskunlaşıb. Hadisə yerinə gələ hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən insidentin təfərrüatları müəyyənləşdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























