• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda S-400 raketləri?

Naxçıvanda S-400 raketləri?
02.08.2017 10:20
Türkiyə ilə Rusiya arasında S-400 zenit-raket raketlərinin təchizatına dair əldə edilmiş razılaşma Ermənistan siyasi-hərbi dairələrində böyük narahatlıqla izlənilməkdədir. Virtualaz.org xəbər verir ki, bu sövdələşmədən çıxış edərək Ermənistandakı anti-Rusiya dairələri Moskvanın ermənilərə növbəti xəyanəti barədə danışmağa başlayıblar. Bu dairələrdə deyirlər ki, Rusiya Azərbaycanla kifayətlənməyib ermənilərin digər düşməninə-Türkiyəyə də müasir silahlar satmağa başlayıb. Bu da uzunmüddətli planda Ermənistana təhlükə yaradacaq.

Ermənistandakı beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri İnstitutunun rəhbəri Stefan Səfəryan erməni KİV-lərindən birinə müsahibəsində deyib ki, Türkiyə Rusiyadan almağa hazırlaşdığı S-400 "Triumf” zenit-raket komplekslərindən birini Naxçıvanda yerləşdirə bilər. Onun sözlərinə görə, Türkiyə Naxçıvan əlahiddə ümumqoşun ordusuna təlim keçir və dəstək verir.

"Əgər başqa yerlərdə Türkiyə Azərbaycana kömək edə bilməsə də olduqca əlçatan olan Naxçıvanda Hava Hücumundan Müdafiə sistemləri yerləşdirə bilər. Naxçıvan isə Türkiyə və Azərbaycan tərəfdən möhkəmləndirildikdən sonra Yerevanı və bütün Ararat vadisini təhdid edəcək”-Səfəryan danışıb.

Erməni ekspert Türkiyə tərəfinin S-400 sistemlərindən birinin Ermənistanla sərhəddə yerləşdiriləcəyi haqda bəyanatını xatırladıb. Deyib ki, həmin sistemlər təkcə Türkiyənin müdafiəsi üçün deyil, Azərbaycanın maraqları üçün də istifadə olunacaq.

"Xüsusən də nəzərə alanda ki, Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalanıb. Bu müqavilənin məzmunu məlum deyil, lakin Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq ağlasığmaz dərəcədə dərindir. Deməli bu planda S-400 sistemlərinin verilməsi Ermənistanı narahat etməlidir”, - Səfəryan bildirib.

Styopa razılaşıb ki, o, hərbi məsələlər, silah sistemlər üzrə ekspert deyil. Ancaq bilir ki, S-400 dünyada ən güclü hava hücumundan müdafiə vasitələrindən biridir. Və bu sistemlər Ermənistanın malik olduğu "İsgəndər” raketlərinə də problem yarada bilər.

"Mən bilmirəm Rusiyada nə dərəcədə əmindirlər ki, həmin S-400 sistemləri onun bilavasitə maraq sferasında, o cümlədən Cənubi Qafqazda, Ermənistana qarşı istifadə olunmayacaq. Ancaq qeyd etmək lazımdır ki, Rusiyanın hərbi müdafiəsi Ermənistan üçün o qədər də etibarlı olmayıb və tarix də bunu göstərib. Və təkcə bəyanatlarda deyil, praktiki hərəkətlərdə. Əlbətdə, bu cavabı olmayan sualdır”-Səfəryan əlavə edib.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol