Ermənilər "kar və kor" qaldılar

Televizya və radio 5 günlük bağlanır
Ermənilər dünyadan təcrid olunacaqlar. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, ölkənin nəqliyyat, rabitə və informasiya texnologiyaları nazirliyi paytaxt İrəvanın sakinləri üçün "sürpriz" hazırlayıb.
İrəvan teleqülləsinin texniki baxışı ilə bağlı olaraq bir müddət televizya və radio yayımı dayandırlacaq.
Nazirlikdən bildirilər ki, məhdudiyyət 8-12 avqustda səhər saatlarında (saat 06-09) arasında olacaq.
Nəticədə irəvanlılar beş gün dünyadan xəbərsiz qalmağa davam edəcəklər. Görünür bu günlərdə ermənilər zamanlarını Azərbaycan radiolarına qulaq asmaqla keçirəcəklər. Çünki artıq Ermənistan hakimiyyəti də Azərbaycan radiostansiyalarına qulaq asan ölkə sakinlərinin sayının artmasından ciddi narahat olub.
Bu barədə Ermənistan milli tele-radio komissiyanın sədri Qaqik Bünyatyan bildirib. Onun sözlərinə görə, şərq qonşularının, yəni Azərbaycanın tezlik spektrləri daha iri həcmlidir, yayıcıları isə çox güclüdür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























