• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Azərbaycana görə Rusiyanı hədələdi

Ermənistan Azərbaycana görə Rusiyanı hədələdi
02.08.2017 14:22
Ermənistan strateji tərədaşı Rusiyanın ziddinə olaraq İran qazını Avropaya ötürməkdə maraqlı olduğunu bəyan edib.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan İranın "Şərq” qəzetinə verdiyi müsahibəsində bildirib. Avqustun 5-də İran prezidenti Həsən Ruhaninin inaqurasiyasına getməyi planlaşdıran Ermənistan prezidenti çox cürətli danışıb və bu zaman müstəmləkə asılılığında olduğu Moskvanın maraqlarını tapdamaqdan da çəkinməyib.

"Bu cür iri miqyaslı layişhəni hərtərəfli öyrənmək və hesablamaq lazımdır. Əgər bu tərəflər üçün əlverişlidirsə niyə olmasın. Sizin səsləndirdiyiniz məsələ hazırda ekspert müzakirələri səviyyəsindədir”.

Bununla da, Ermənistan prezidenti Rusiyanın çox həssaslıqla yanaşıdığı sarı simə toxunub. Hər il Avropaya boru kəmərləri ilə 300 milyard kubmetr təbii qaz nəql edilir və bunun 220 milyard kubmetri məhz Rusiyanın payına düşür. Dünya üzrə üçüncü qaz istehsalçısı olmasına və iri yataqlara malik olmasına, həmçinin Avropaya təxminən İran səviyyəsində yaxın olmasına baxmayaraq İranın bu bazarda payı çox aşağıdır.

Rusiya bu bazarı inhisara götürüb və bu istiqamətdə istənilən təşəbbüsü düşmənçiliklə qarşlıylayır. Yəni bu, Avropaya ildə 10 milyard kubmetr qaz satmağı planlaşdıran Azərbaycan deyil, İran ildə 220 milyard kubmetrdən artıq qaz istehsal edir və bunu artırmaq imkanı da yetərincədir.

Rusiya hətta İranı  Ermənistan bazarına buraxmaq niyyətində deyil. Belə ki, 2017-ci ilin birinci yarısında "Qazprom Armeniya" şirkəti Ermənistanın ən iri vergi ödəyicisi sayılıb - dövlət büdcəsinə 24,46 mlrd. dram (51 milyon dollar) ödəyərək bir il qabaqkı göstəricisini 9,1%  arxada qoyub. Bu, yarım ildə 378,4 mlrd. dram (795 milyon dollar) olmuş vergi ödəyişlərinin əhəmiyyətli hissəsidir. Yəni Rusiya Ermənistana ucuz qaz verməklə yanaşı, onun qaz şəbəkəsinə sərmayə də yatırır və dövlət büdcəsinin doldurulmasında  da fəal iştirak edir.

Bəs, bütün  bunlarla yanaşı Ermənistanı Rusiyaya qarşı çıxmağa vadar edən nədir? Erməni mətbuatına nəzər yetirdikdə, ermənilərin ən böyük narahatçılığının Rusiyanın Azərbaycana silah satması ilə bağlı olduğunu görmək olar. Erməni şərhçi Nairi Ayruman bu gün yazdığı məqaləsində Rusiyanın Azərbaycana silah satmasını siyasi əclaflıq kimi dəyərləndirib.  Onun fikrincə, bütün dünya Azərbaycana silah satmamalıdır  və  Azərbaycan erməni işğalı  altında olan torpaqlarını işğaldan azad etmək üçün silahlanmamalıdır. Sarkisyan da yəqin ki,  eyni cür düşünür.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol