Ukrayna Rusiyanı məhkəməyə verəcək

Rusiya Kerç boğazındakı körpünün inşası ilə bağlı Ukrayna gəmilərinin hərəkətini məhdudlaşdırıb.
Publika.az xəbər verir ki, Ukrayna bu səbəbdən Rusiyanı məhkəməyə verməyə hazırlaşır.
Bu barədə Ukraynanın infrastruktur nazirinin köməkçisi Yuri Lavrenyuk açıqlama verib:
"Hazırda məhkəmə prosesi üçün hazırlıqlar gedir. "Mariupol” və "Beryadinsk” ticarət limanlarının uğradığı zərərin miqdarı hesablanır”.
Rusiyanın nəqliyyat naziri Maksim Şoloxov verdiyi açıqlamada körpü üçün lazım olan böyük ölçülü ləvazimatların daşınması və inşası üçün gəmilərin hərəkət cədvəlinin minimum səviyyədə məhdudlaşdırılacağını demişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























