Ermənistan narahat günlərini yaşayır

Ermənistan Türkiyənin Rusiyadan aldığı S-400 raketlərinin şokunu yaşayır; politoloq: "Türkiyənin Naxçıvanda müasir silahları və raketləri ilə hərbi varlığının gücləndirilməsinə və rəsmiləşdirilməsinə ehtiyac var”
İki il öncə baş verən qırıcı qalmaqalı nəticəsində Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən sevincək olar Ermənistan hazırda narahat günlərini yaşayır. Əsas səbəblərdən biri isə Ankara və Moskva arasındakı "buz”ların nəinki əriməsi, üstəlik, şimal qonşumuzun qardaş ölkə ilə hərbi sahədə əməkdaşlığını gücləndirməsidir.
Söhbət Türkiyə ilə Rusiya arasında S-400 zenit-raketlərinin təchizatına dair əldə edilmiş razılaşmadan gedir. Ermənistan rəhbərliyi Qarabağla bağlı məsələni "həll etdiyini” düşünərək Ağrı məsələsinin həllini gələcək nəsillərə "vəsiyyət” etdiyi halda, Türkiyənin müasir silahlarla təmin olunmasından təbii ki, əndişələnəcək. Üstəlik, bu raketlərin ermənilərin iddia etdiyi Azərbaycan torpaqlarında - Naxçıvanda yerləşdirilməsi perspektivi onları çox qorxudur. Hər halda, yayılan son məlumatlar bunu deməyə əsas verir. Ankara və Moskva arasındakı son anlaşma Ermənistan siyasi-hərbi dairələrində böyük narahatlıqla izlənilməkdədir. Bu sövdələşmədən çıxış edərək Ermənistandakı anti-Rusiya dairələri Moskvanın ermənilərə növbəti xəyanəti barədə danışmağa başlayıblar. Həmin dairələrdə deyirlər ki, Rusiya Azərbaycanla kifayətlənməyib ermənilərin digər düşməninə-Türkiyəyə də müasir silahlar satmağa başlayıb. Bu da uzunmüddətli planda Ermənistana təhlükə yaradacaq.
Ermənistandakı beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri institutunun rəhbəri Stefan Səfəryan erməni KİV-lərindən birinə müsahibəsində deyib ki, Türkiyə Rusiyadan almağa hazırlaşdığı S-400 "Triumf” zenit-raket komplekslərindən birini Naxçıvanda yerləşdirə bilər. Onun sözlərinə görə, Türkiyə Naxçıvan əlahiddə ümumqoşun ordusuna təlim keçir və dəstək verir. "Əgər başqa yerlərdə Türkiyə Azərbaycana kömək edə bilməsə də olduqca əlçatan olan Naxçıvanda Hava Hücumundan Müdafiə sistemləri yerləşdirə bilər. Naxçıvan isə Türkiyə və Azərbaycan tərəfdən möhkəmləndirildikdən sonra İrəvanı və bütün Ararat vadisini təhdid edəcək” - Səfəryan danışıb.
Erməni ekspert Türkiyə tərəfinin S-400 sistemlərindən birinin Ermənistanla sərhəddə yerləşdiriləcəyi haqda bəyanatını xatırladıb. Deyib ki, həmin sistemlər təkcə Türkiyənin müdafiəsi üçün deyil, Azərbaycanın maraqları üçün də istifadə olunacaq. "Xüsusən də nəzərə alanda ki, Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalanıb. Bu müqavilənin məzmunu məlum deyil, lakin Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq ağlasığmaz dərəcədə dərindir. Deməli, bu planda S-400 sistemlərinin verilməsi Ermənistanı narahat etməlidir”, - Səfəryan bildirib. Rusiyadan aldığı "İsgəndər” raketləri ilə öyünən düşmən Türkiyənin aldığı bu sistemlərin Ermənistana ciddi problem yaradacağından ehtiyatlanır. "Mən bilmirəm Rusiyada nə dərəcədə əmindirlər ki, həmin S-400 sistemləri onun bilavasitə maraq sferasında, o cümlədən Cənubi Qafqazda, Ermənistana qarşı istifadə olunmayacaq. Ancaq qeyd etmək lazımdır ki, Rusiyanın hərbi müdafiəsi Ermənistan üçün o qədər də etibarlı olmayıb və tarix də bunu göstərib. Və təkcə bəyanatlarda deyil, praktiki hərəkətlərdə. Əlbəttə, bu, cavabı olmayan sualdır” - Səfəryan əlavə edib.
Əslində son günlərin ən aktual məsələlərindən biri Rusiya-Ermənistan birgə qoşunların yaradılması fonunda Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdirilməsi, qardaş ölkənin hərbi bazasının Naxçıvanda, yaxud digər bölgələrimizdə yaradılması kimi məsələlər idi. İndi Türkiyənin S-400-lərə malik olması və bu məsələdə Naxçıvanla əlaqədar gəlişmələr çox mühüm məsələdir.
Politoloq Elxan Şahinoğlu da "Yeni Müsavat”a dedi ki, Türkiyənin Rusiyadan S-400 raket sistemlərini almasından Ermənistanın ciddi narahat olması anlaşılandır: "Ermənistan Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti səbəbindən Türkiyəni də özünə düşmən edib. Maraqlıdır ki, Rusiyanın Türkiyəyə satmaq istədiyi raketlər mövzusu gündəmə gələndə Ermənistan buna etiraz edə bilmirdi. Elə indi də Rusiya-Azərbaycan hərbi əməkdaşlığından fərqli olaraq, rəsmi İrəvan Rusiyanın Türkiyəyə silah satmasına açıq etirazını ortaya qoya bilmir. Ancaq Ermənistan hakimiyyəti bir neçə gündür özünə yaxın ekspertlər vasitəsilə etiraz səslərini ucaltmağa başlayıb, ağasından imdad diləyir. Aydındır ki, vassal dövləti heç kim eşitməz və Moskva ”Ermənistan narahatdır" deyə Türkiyəyə müasir raket komplekslərinin satışından vaz keçməyəcək".
Ekspertin sözlərinə görə, Ermənistan hakimiyyəti indi ona çalışır ki, Moskva həmin raketlərin heç olmaza sərhəddə yerləşdirilməyəcəyinə dair Ankaradan təminat alsın: "Ankara niyə belə təminat verməlidir ki? Türkiyə pulla aldığı həmin silahları torpaqlarının istədiyi bölgəsində yerləşdirmək hüququna malikdir. Ermənistan hakimiyyəti Azərbaycana qarşı işğalçı siyasətini davam etdirir. Türkiyə Azərbaycanın müttəfiqidir və Ermənistana müəyyən təzyiqlər etmək imkanına malikdir ki, İrəvan siyasətini korrektə etsin. Mümkündür ki, Türkiyə S-400 raketlərinin bir qismini Ermənistanla sərhəddə yaxın ərazidə yerləşdirsin. Doğrudur, Ermənistanla sərhədi Rusiya qoruyur. Amma bu raketlər birbaşa Rusiyanın maraqlarına qarşı yönəlməyib. Necə ki, Rusiya Ermənistandakı modernləşdirilmiş hərbi bazaların nə Azərbaycana, nə İrana, nə də Türkiyəyə qarşı olduğunu bildirir, eləcə də Türkiyə açıqlaya bilər ki, raketlər istənilən sərhədin perimetri boyu yerləşdirilə bilər və bu raketlər üçüncü ölkələrə, o cümlədən Ermənistana qarşı deyil. Ancaq həqiqət bundan ibarətdir ki, işğalçılıq siyasətini davam etdirdikcə Ermənistan özünü Azərbaycanla yanaşı, Türkiyə istiqamətindən də təhlükəsiz hiss etməyəcək və etməməlidir”. E.Şahinoğlu qeyd etdi ki, Ermənistanda S-400 raketlərinin Naxçıvanda yerləşdirilə biləcəyindən də qorxmağa başlayıblar: "Qoy qorxsunlar və onların bu qorxuları reallığa çevrilsin. Naxçıvan hərbi istehkama çevrilməlidir. Elə bir istehkama ki, Qarabağ istiqamətində başlanan savaş Ermənistanı həm Naxçıvana qarşı mümkün təxribatdan çəkindirməli, həm də elə bu istiqamətdən mümkün əks-hücumdan ehtiyatlandırmalıdır. Bunun üçün isə Türkiyənin Naxçıvanda müasir silahları və raketləri ilə hərbi varlığının gücləndirilməsinə və rəsmiləşdirilməsinə ehtiyac var”.
Qeyd edək ki, vaxtaşırı Naxçıvanda keçirilən Türkiyə-Azərbaycan ordularının birgə təlimləri işğalçı ölkədə çox böyük narahatlıqla izlənilir. Düşmən ölkədə narahatdırlar ki, Qarabağ müharibəsinin növbəti mərhələsinin başlanması halında Naxçıvandakı qüvvələr 50-60 km-likdəki İrəvanı yer üzündən silməklə məsələyə birdəfəlik nöqtə qoya bilər. İndi də onların yuxusunu ərşə çəkən S-400 məsələsi gündəmə gəlib... (Virtualaz.org)
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib