4 ölkə İrana qarşı birləşib şikayət məktubu yazdı

ABŞ, İngiltərə, Almaniya və Fransa keçən həftə kosmosa peyk göndərdiyini açıqlayan İrandan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMGK) şikayət edib.
Publika.az xəbər verir ki, şikayət məktubunda "Simurq” adlı peykin kosmosa göndərilməsinin təxribat xarakterli olduğu və təhdid daşıdığı bildirilib.
Raketin hansı çeşiddə olmasına aydınlıq gətirilməyən məktubda bunun ballistik raket olması təqdirində nüvə başlığı daşıya biləcəyi və hansısa mənzilə sahib olacağı istisna edilməyib.
4 ölkə, həmçinin, Təhlükəsizlik Şurasının nüvə silahı haqqında qəbul etdiyi razılaşmaya İranın zidd hərəkət etdiyini xatırladıb. Daha sonra beynəlxalq qurumdan İrana anlaşmanı pozması haqqında xəbərdarlıq xarakterli açıq mesaj göndərilməsini tələb edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























