Oqtay Əsədov Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcək

İranda prezident vəzifəsinə təkrar seçilən Həsən Ruhaninin andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.
anews.az-ın xəbərinə əsasən, bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. O. Əsədovu parlament nümayəndə heyəti müşayiət edəcək.
Xatırladaq ki, Həsən Ruhani ikinci dəfə mayın 19-da İran prezidenti seçilib. Onun andiçmə mərasimi sabah - avqustun 5-də parlamentdə keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























