Erməni general: " Postlar döyüşsüz verildi" - ŞOK AÇIQLAMA

Erməni general:
Ermənistan hərbçiləri 2016-cı ilin aprelində postları döyüşmədən təhvil verib, bunu erməni generalı Manvel Qriqoryan bildirib.
"Axərbaycan silahlı bölmələri elə də ciddi silahdan istifadə etməyib. Postlarda da dağıntı yoxdur. Bu o deməkdir ki, postlara sərbəst daxil olublar. Hərbçilər öz döyüş yerlərini tərk edib", deyə Qriqoryan vurğuayıb.
O, hətta erməni əsgərlərinə başına ləçək bağlamağı tövsiyə edib.
Digər erməni hərbçisi Vahan Badrasyan isə generalın dediklərini kobudluq adlandırıb və ondan erməni hərbçilərindən üzr istəməsını tələb edib.
2016-cı ilin aprelində Azərbaycan silahlı qüvvələri ermənilərin təxribatlarına cavab olaraq döyüş əməliyyatları həyata keçirib. Nəticədə ermənilərin nəzarətində olan vacib mövqelər düşməndən azad olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























