Azərbaycanlı snayperlər ermənilərə meydan oxudu

Tank ekipajları, artilleriya heyətləri Ermənistan hərbçilərini geridə qoyub
"Beynəlxalq Ordu Oyunları-2017” çərçivəsində Azərbaycan hərbçiləri Ermənistan nümayəndələrini bütün istiqamətlərdə xeyli üstələyir. Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, Azərbaycan hərbçilərinin yarışlarda uğurlu çıxışı Silahlı Qüvvələrə ölkə rəhbərliyi səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir.
Sevindirici haldır ki, müxtəlif yarışlarda güclərini sınayan hərbçilərimiz 28 ölkə nümayəndələri arasında yüksək göstəricilərə nail olublar. Qürurverici məqamlardan biri də odur ki, oyunların ilkin mərhələsinin nəticələrinə görə Azərbaycan hərbçiləri Ermənistan komandasını bütün istiqamətlərdə xeyli üstələyib.
Xüsusi ilə qeyd etmək lazımdır ki, tank ekipajları, snayperlərimiz və artilleriya heyətləri Ermənistan hərbçilərindən qat-qat yüksək nəticələr göstəriblər. Bu da hərbçilərimizin döyüş hazırlığının, peşəkarlığının, bilik və bacarıqlarının göstəricisidir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib