• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ərazilər azad EDİLƏCƏK

Bu ərazilər azad EDİLƏCƏK
07.08.2017 20:46
PKK terror təşkilatı Gürcüstanda ciddi şəkildə təşkilatlanmağa başlayıb. ABŞ amerikalı diplomatların göndərilməsinə görə Rusiyaya cavab verəcək. Rusiya isə dollara qarşı müharibə elan edib. Pxenyan Koreya böhranını daha da gərginləşdirəcək bəyanatla çıxış edib. Moskva isə tərəfləri Şimali Koreyada hərbi ssenaridən uzaq dayanmağa çağırıb. İsrailin Sinay yarımadasında bəzi bölgələri almaq üçün Misirə müraciət etdiyi barədə informasiya yayılıb.

PKK terror təşkilatı Gürcüstanda ciddi şəkildə təşkilatlanmağa başlayıb. Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.
Onun iddiasına görə, Tiflisdə təşkilatlanan terrorçular Azərbaycana da sızmaq istəyir.

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə üçüncü qüvvələrin cəlb olunması Tehran üçün "daimi narahatlıq” mövzusudur. Bunu İran XİN-in nümayəndəsi Bəhram Qasımi deyib.

ABŞ amerikalı diplomatların göndərilməsinə görə Rusiyaya cavab vermək niyyətindədir. "Assoşieyted Press” agentliyi xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.

Onun sözlərinə görə, Vaşinqton sentyabrın 1-nə kimi cavab tədbirləri barədə qərar qəbul edəcək. Agentlik bildirir ki, Tillerson ABŞ-ın planları barədə artıq Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrova xəbərdarlıq edib. Tillerson qeyd edib ki, o Manilada görüşdə rusiyalı həmkarına Moskvanın mövqeyi haqqında bir neçə sual verib.

Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab olaraq öz iqtisadiyyatının dollardan asılılığını azaldacaq. Bu haqda Rusiya KİV-inə müsahibəsində ölkənin xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O əlavə edib ki, buna zərurət var.
ABŞ tanınmamış "Dnestryanı Moldova Respublikası” ilə yeni münaqişə üçün Moldovada diversantlar və xüsusi təyinatlı dəstələrin hazırlığına başlayır. Bu haqda Rusiya baş nazirin müavini Dmitri Roqozin Feysbuk səhifəsində yazıb.

Hərbi hazırlıq Bulboak hərbi bazasının ərazisində keçiriləcək. Moldova tərəfi ilə imzalanan müqavilənin məbləği 250 min dollara çatır. Hərbi baza "Dnestryanı Moldova Respublikası”nın "paytaxt”ı Tiraspolun bir neçə on kilometrliyində yerləşir.
 
Türkiyə ABŞ-PYD ittifaqının işğalı altında olan Tel Abyad, Munbiç, Afrin və Tel Rıfat bölgələrində əməliyyata hazırlaşır. Türkiyə Silahlı Qüvvələri bu bölgələrdən terrorçuların sərhədi keçməsinə və sərhəd zonasındakı mülki əhalinin hədəfə alınmasına qarşı qabaqlayıcı tədbirlər hazırlayır.

"Yeni Şəfəq” qəzeti yazır ki, hərbi rəhbərlik 2014-cü ildən başlayaraq, ABŞ-ın dəstəyilə bölgədə böyüyən PKK/PYD terror təşkilatının təmizlənməsi üçün bütün variantlar üzərində düşünür. Xüsusilə terror təşkilatının "Fərat qalxanı” əməliyyatı ilə təmizlənən bölgələrə raket və minaatanlarla hücum etməsi, eləcə də narkotik və silah daşıması kimi ehtimallar dəyərləndirilir.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana sui-qəsd cəhdi olub. Bu iddia ilə İranın yarı-rəsmi informasiya agentliyi kimi tanınan "Fars” çıxış edib.

İddiaya görə, şahzadə Məhəmmədi öldürməyə çalışan şəxs kral ailəsindən olan başqa bir şahzadədir. Şahzadə Məhəmmədin vəziyyətinin yaxşı olduğu, sui-qəsdçi şahzadənin isə həbs olunduğu bildirilir.

Agentlik qeyd edir ki, siyasi analitiklər kral Salman bin Əbdüləziz əl-Səudun qısa müddət ərzində taxtdan imtina edəcəyini proqnozlaşdırırlar. Bildirilir ki, vəliəhd şahzadəyə sui-qəsd cəhdinin hədəfi də məhz onun taxta əyləşməsinin qarşısını almaq olub.

"El Rey el Yevm” qəzeti isə iddia edir ki, kral Salman oktyabr-dekabr aylarında taxtdan imtina edəcək.
İsrail təhlükəsizlik gücləri Fələstin lideri Mahmud Abbasın Ramallahdan çıxışına icazə vermir. Bu haqda İsrailin "Jerusalem Post” qəzeti Fələstin təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
İddiaya görə, Mahmud Abbasın Ramallahdan çıxışına icazə verilməməsinin səbəbi onun ötən həftələrdə Məscidi-Əqsa ətrafında yaranan gərginliyə mane olmaması ilə bağlıdır. Lakin İsrail Baş nazirlik ofisi fələstinli təhlükəsizlik mənbələrin iddiasını təkzib ediblər.
Qeyd edək ki, Ramallah Fələstinin faktiki paytaxtı hesab olunur. Fələstin milli administrasiyasının hakimiyyət orqanları, o cümlədən onun rəhbəri Mahmud Abbasın iqamətgahı, xarici diplomatik missiyalar Ramallahda yerləşir.

İsrail Sinay yarımadasında bəzi bölgələri almaq üçün Misirə müraciət edib. Bu haqda "The New Arab” internet saytı yazıb.
Saytın xəbərinə görə, Təl-Əviv - Qahirə arasında Sinay yarımadası ilə əlaqədar aparılan sövdələşməyə dair detalları öyrənən Misirin "Əl-Masriyun” qəzeti təhlükəsizlik güclərinin basqınına məruz qalıb. Sövdələşməyə dair xəbər isə "The New Arab” tərəfindən dərc edilib.
"El-Masriyun” qeyd edir ki, iqtisadiyyatı böhran vəziyyətində olan Misirə İsrail tərəfindən edilən təklif olduqca cəlbedici görünür.
Qeyd edək ki, bu, Təl-Əvivin Sinay yarımadası ilə bağlı planları barədə ilk analoji xəbər deyil.

Səudiyyə Ərəbistanı hökuməti Suriya böhranında mövqelərinin dəyişməz qaldığını və ölkədə Bəşər Əsədin olmadığı bir gələcəyi dəstəklədiklərini bildirib. Bu barədə Səudiyyə Ərəbistanının SPA rəsmi xəbər agentliyi məlumat yayıb.

Məlumatda Ər-Riyad rəhbərliyinin Suriyada idarəçilik üçün müvəqqəti heyətin qurulması, yeni konstitusiyanın tərtib olunması və Əsədin yer almadığı gələcək üçün seçkilərə hazırlaşmağı nəzərdə tutan 1-ci Cenevrə Konvensiyası ilə BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına əsasən həllini dəstəklədiyi qeyd olunub.
"ABŞ tərəfindən nüvə təhlükəsi və düşmənçilik qaldığı müddətdə Koreya Xalq Demokratik Respublikası Koreya yarımadasının nüvəzisləşdirilməsi məsələsini müzakirə etməyəcək”. Bu haqda Koreya Mərkəzi Teleqraf Agentliyi (STAK) ölkə hökumətinin bəyanatına istinadən yazıb.

Bəyanatda bildirilir ki, ABŞ tərəfindən nüvə təhlükəsi qaldığı müddətdə Pxenyan dövlətin nüvə gücünün artırılması yolundan dönməyəcək.

Xatırladaq ki, Şimali Koreya iyulun 29-da ikinci qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib. "Xvason-14” tipli raket 47 dəqiqə 12 saniyə ərzində 998 km məsafəni qət edib. Uçuş trayektoriyasının maksimum hündürlüyü 3 min 724,9 km təşkil edib.

Raket sınağına cavab olaraq BMT Təşhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirib.

Şimali Koreyadakı hərbi ssenaridən uzaq dayanmaq lazımdır. Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov Şimali Koreya xarici işlər naziri ilə görüşü zamanı deyib.

Lavrov nüvə silahlarının məhv edilməsi ilə yanaşı, bölgədəki digər problemlərin danışıqlar yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirib.
Qeyd edək ki, ABŞ-ın Dövlət Katibi Reks Tillersonla görüş zamanı da Lavrov ABŞ-ın Şimali Koreyaya olan münasibətinin gərginliyi artıracağını bildirərək, bunun qəbuledilməz olduğunu söyləmişdi.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol