• $
  • €
  • ₽
  • ₺
  • £

"Ermənilər Azərbaycan ordusunu Ermənistana atəş açmağa vadar edirlər"

"Ermənilər Azərbaycan ordusunu Ermənistana atəş açmağa vadar edirlər"
09.08.2017 12:38
7 avqust tarixində Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Yusifov Ramin ermənilərin Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayış məntəqələrini atəşə tutması və mülki insanları qəsdən hədəfə alması kimi əməllərinin nəticəsində yaralanıb.

Bu ermənilərin ilk işi deyil. 4 iyul tarixində Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini ağır silahlardan atəşə tutması nəticəsində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra qətlə yetirilib, 52 yaşlı Quliyeva Sərvinaz isə ağır yaralanıb.

Ermənilərin dinc əhalini atəşə tutması və hansı məqsəd güdməsi ilə bağlı Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, deputat Siyavuş Novruzov Ölkə.Az-a danışıb:

"Bilirik ki, ermənilər həmişə təxribatla məşğul olurlar. Bu da növbəti bir təxribatdır. Ermənistan tərəfinə Azərbaycan silahlı qüvvələri istiqamətində atəş açılmır, yalnız düşmən cavab atəşi ilə susdurulur. Ermənilər dinc əhalinin yaşayış məntəqələrinə, həmçinin də ordumuzun yerləşdiyi mövqelərə atəş açırlar. Gün ərzində 180-190 dəfə atəşkəs pozulur. Bu atəşlərin bir hissəsi fermer təsərrüfatı ilə məşğul olan, cəbhə bölgəsində yaşayan vətəndaşlarımıza qarşı yönəlib. Bu addımı ermənilər bilərəkdən atırlar. Ermənistanla bizim çox böyük - 1007 km sərhədimiz var. Hətta ötən ilin aprel döyüşlərinə qədər Naxçıvan Muxtar Respublikası istiqamətində atəşkəs pozulmurdusa, artıq Naxçıvan istiqamətində də ermənilər atəşkəsi pozurlar. Bu sadəcə bir məqsəd daşıyır: aprel döyüşlərində Azərbaycan ordusunun uğurlu əməliyyatını həzm edə bilmirlər. Ermənistan hesab edirdi ki, Azərbaycana qarşı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) məsələyə qarşıdıracaq və Azərbaycana qarşı birgə yeni hərbi əməliyyatlara başlayacaqlar. KTMT-yə üzv olan ölkələr bəyan etdilər ki, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ərazisidir və Azərbaycan öz ərazisində anti-terror əməliyyatı aparır, ərazi bütövlüyünü təmin etməyə çalışır. Bu da beynəlxalq hüququn normalarına tam şəkildə uyğundur.

Ermənilər dinc sakinlərə atəş açmaqla Azərbaycan silahlı qüvvələrini  Ermənistan dövlətinin ərazisinə atəş açmağa vadar edirlər və nəticə etibarı ilə digər dövlətlərin də bu prosesə qoşulmasını istəyirlər. Təbii ki, ermənilərin məkrli niyyəti həmişə olub. Onlar üçün uşaq, diplomat, qoca, qadının heç bir fərqi yoxdur. Bunu Xocalı soyqırımı, Azərbaycan ərazilərinin işğal edildiyi dövrdə qanlı cinayətlər, azərbaycanlılara qarşı müxtəlif terror aktlarının həyata keçirilməsi, metroların və avtobusların partladılması, çaylar vasitəsi ilə zəhərli maddələrin axıdılması, oyuncaqların içərisinə partladıcıların yerləşdirilməsində də gördük və bunlar hamısı erməni xislətinin bariz nümunəsidir".

Ermənilərin KTMT-ni Dağlıq Qarabağ münaqişəsinə qoşmaq istədiyini bəyan edən millət vəkili bildirdi ki, Azərbaycan dövləti bununla bağlı bəyanatlar verib:

"Azərbaycan Respublikası Xarici İşlər nazirliyi bəyanat verib, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bütün dünyaya uşaq ölümü və uşaqlara atəş açılması ilə əlaqədar bəyanatlar yayıblar, o cümlədən ATƏT-in həms'dr ölkələrinə olanlarla bağlı məlumatlar çatdırılıb, Baş Prokurorluq bununla bağlı cinayət işi açıb, BMT Təhlükəsizlik Şurasının üzvlərinə və parlament tərəfindən bütün dostluq qruplarına bununla bağlı məktublar göndərilib".
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol