• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvanda çaxnaşma: Azərbaycan döyüş taktikasını dəyişir

İrəvanda çaxnaşma: Azərbaycan döyüş taktikasını dəyişir
09.08.2017 15:15
"Bu, hücuma hazırlıqdırmı? Bakı nəyə can atır?”

Erməni mətbuatı Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı yaşayış məntəqələrinin atəşə tutulması barədə yayılan xəbərlərə qorxu ilə yanaşmağa başlayıb.

İstiPress-in məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyi tərəfindən uzun illər boyu hər gün açıqlanan ətəşkəs xəbərləri erməni mətbuatı tərəfindən birdən-birə yeni müharibənin anonsu kimi qəbul edilib.  

Söhbət avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti dəfə təxribat törətmək məqsədilə Azərbaycanın mövqelərinə basqın etməyə cəhdindən gedir. Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına görə, dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib. Müdafiə Nazirliyinin mətbuat xidməti dediklərinə sübut kimi videogörüntülər də nümayiş etdirib. 

Ermənistanın Dağlıq Qarabağdakı işğalçı silahlı birləşmələrinin mətbuat sözçüsü Senor Astryan dərhal xəbəri təkzib etdi. Lakin bir sıra analitik erməni portalları bunu Azərbaycanın döyüş taktikasını dəyişməsi kimi dəyərləndiriblər. "Lragir”də təxminən buna bənzər adla məqalə yazmış erməni şərhçi Akop Badalyan erməni ictimaiyyətini çox narahat edən suallar verir:

"Dinc yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı verilən periodik xəbərlər Azərbaycanın yeni taktikasıdırmı? Bu cür transformasiyanın səbəbi nədir? Bu, daxili, yoxsa xarici auditoriyaya ünvanlanıb? Bu, hücuma hazırlıqdırmı? Bakı nəyə can atır?”

 Müəllif məqaləsində suallarına özünəməxsus cavablar tapmağa çalışır və erməni xalqını bunun hücuma hazırlıq olmadığına inandırmağa çalışır. Amma Akop Badalyan ya yanılır, ya da bilərəkdən  öz hakimiyətinin uğursuz siyasətinə haqq qazandırmaq üçün yalan danışır - Azərbaycan ordusu hücuma və torpaqlarını azad etməyə həmişə hazırdır. Sadəcə, hücuma qərar öz vaxtında - beynəlxalq rəy, daxili ehtiyac və imkanlar nəzərə alınaraq veriləcək.

Özü də bu qərar nə qədər uzansa, Ermənistan üçün o qədər də pis olacaq. Azərbaycan ordusu hücum edib öz torpaqlarını işğaldan azad etməklə erməni xalqını Qarabağ bəlasından xilas etməsə, Ermənistanın boşalması davam edəcək. Böyüməkdə olan gənclər müharibə qorxusundən ölkəni tərk edir. Qarabağ müharibəsi Ermənistanda 100 kəndin tam ləğvinə səbəb olub, 300-ə yaxın kənd isə məhvə doğru gedir. Qarabağ müharibəsi Ermənistandan 1,5-2 milyon adamın mühacirət etməsinə səbəb olub, əhali sayı 3,6 milyondan 1,9 milyona düşüb. İndi Ermənistan səlib yürüşləri dövrünün Bizansını xatırladır - boşalan kəndlər, kəndlərə çevrilən şəhərlər, əkilməyən torpaqlar və ölkədən kənara böyük köç. Erməni xalqını bu bəladan yalnız Azərbaycan ordusu xilas edə bilər.  Qarabağ müharibəsi başa çatmazsa, Qafqazda ermənilərin sonu çatacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol