• $
  • €
  • ₽
  • ₺
  • £

Generaldan İrəvana xəbərdarlıq: "Sarsıdıcı zərbələrə hazır olun"

Generaldan İrəvana xəbərdarlıq: "Sarsıdıcı zərbələrə hazır olun"
10.08.2017 10:08
"Ermənilər istəyir ki, Azərbaycan Ordusu onların yaşayış məntəqələrini və mülki əhalisini atəşə tutsun".

Bu sözləri Azərbaycan Ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov Ermənistanın cəbhə xəttində atəşkəsi intensiv pozması, son təxribatları və dinc sakinləri hədəfə alması ilə bağlı Axar.az-a danışarkən deyib.

General bildirib ki, Azərbaycan ermənilərin bu oyununa getməyəcək və mülki əhalini hədəf almaq kimi üsullara əl atamayacaq:

"Ermənistan Azərbaycan Ordusunun hər yerdə uğurlarını görür. Həm Rusiyanın Moskva şəhərində, həm də Xəzər dənizində gedən birgə hərbi idman oyunlarında müvəffəqiyyətlərimiz Ermənistanı narahat etməyə bilməz. Görünür, bir daha özləri üçün nəticə çıxarıblar ki, Azərbaycan Ordusu çox yüksək və elit səviyyəsində olan ilk ordular sırasındadır. Bunu beynəlxalq ictimai təşkilatlar və analitiklər də təsdiqləyir. Məhz buna görə də ermənilər cəbhədə təxribatlara yol verir, mülki əhalini atəşə tuturlar. Sözsüz ki, Azərbaycan Ordusu ermənilərin hər hansı alçaq hərəkətlərini cavabsız qoymayacaq. Azərbaycan Ordusu yerli əhaliyə atəş açmadan ermənilərin mövqelərinə sarsıdıcı zərbələr endirəcək”.

Qeyd edək ki, ermənilər avqustun 8-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

Nəticədə Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alıb.

Eyni gündə gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. Ordumuz tərəfindən geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib.

Avqustun 9-da isə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi intensiv pozmaqla bərabər, Ağdamın işğal altında olan ərazilərinə növbəti dəfə od vurublar.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol