• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Azərbaycanın bu silahından qorxub qaçırlar

Ermənilər Azərbaycanın bu silahından qorxub qaçırlar
10.08.2017 13:47
Erməni şəhrçilər Dağlıq Qarabağı işğal etmiş hərbi birləşmələrdə xidmət edən Ermənistan əsgərləri arasında başlamış vahimənin sirrini açıblar.

İstiPress-in məlumatına görə, erməni ekspertləri vahiməyə salan əsas səbəb Rusiyanın Azərbaycana verdiyi "Solntsepek”  yaylım atəşi sistemlərinin vasitəsi ilə Azərbaycan ordusunun həddindən artıq güclənməsidir.

Məsələ o qədər ciddiləşib ki, Ermənistanda populyar olan "Lragir" portalının baş redaktoru Haykazn Qaqriyan xüsusi məqalə yazıb və Qarabağda gözlənən vəziyyətlə bağlı erməni ekspertlərin rəylərinin bir növ reytinq sırasını düzüb. İlk sırada yer alan fikrə görə, Azərbaycan informasiya müharibəsi hesabına Qarabağda ciddi hücumlara başlamaq üçün hüquqi baza yaradır.

Onun fikrincə, adi mərmilərdən iki dəfə uzaq məsafəyə gedən bu raketlərin Suriya müharibəsində nümayiş etdirdiyi nəticələri Rusiya tərəfi böyük ehtimalla Azərbaycana təqdim edib.

"Görünür, bu silahlar balansı yenidən dəyişiblər, çünki onların gətirilməsindən sonra xəbər gəldi ki, erməni tərəfi silah üçün yeni kreditlər bağlı Rusiya ilə danışıqlara başlayıb”,- deyə həmiş Ermənistan ordusunun gücündən yalan-gerçək nağıllar uyduran portalın redaktoru etiraf etməli olub.

Avqustun əvvəlindən 10-a yaxın erməni hərbçi Qarabağda qoşunların təmas xəttinidə hərbi mövqeləri qoyub qaçıblar. Məsələn, Xocavənd rayonu ərazisində yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi hissəsində Q.Piriposyan adlı hərbi qulluqçu avqustun 4-də hərbi hissəni özbaşına tərk edib.  Avqustun 6-da isə eyni vaxtda Madagiz ərazisində yerləşən hərbi hissələrdə Ermənistan ordusunun 4 hərbi qulluqçusu - Sergey Mardanyan, Sagir Avakyan və İvan Vanesyan hərbi hissəni özbaşına tərk ediblər. Həmçinin Füzuli rayonu ərazisində yerləşən Ermənistan ordusunun bölmələrindən birində avqustun 7-də gecə saatlarında bölük komandiri Xalatyan döyüş mövqeyini özbaşına tərk edərək gedib. Həmçinin, Hadrut rayonu ərazisində işğalçı ordunun artilleriya divizionunda yuxarı komandanlıq tərəfindən qəfil yoxlama keçirilərkən 3 hərbi qulluqçunun yerində olmadığı aşkarlanıb.

Ciddi nəzarət altında olan işğal bölgəsində baş verən bu fərarilik halları Ermənistan rəhbərliyini qorxudur. Ərazidə Ermənistan ordusunun 15-20 min nəfərlik əsas hissəsi dislokasiya edir. Əgər həmin hissələrdə fərarilik kütləvi hal alarsa, bu, Ermənistan üçün ciddi problemə çevriləcək. Çünki onların yerini dolduracaq qüvvə yoxdur. Hər il Ermənistanda çağırış yaşına 10 minə qədər oğlan çatır və onların 7-8 mini Qarabağa yola salınır. Ermənistanda isə az sayda sərhəd qoşunları qalır ki, onlar da Azərbaycan sərhəddinə yerləşdirilir. Qarbağda başlanan fərarilik həm də Ermənistan ordusunun real gücünün rəsmi sənədlərdə bəyan ediləndən 3-4  dəfə aşağı olduğunu ortaya çıxarır.

Təsadüfi deyil ki, "Global Firepower” indeksinə görə, Ermənistan ordusu gücünə görə dünya üzrə 93-cü, Azərbaycan ordusunun isə 58-cidir. Halbuki, rəsmi göstəricilərə görə, Ermənistan ordusu bütün parametrlərə görə Azərbaycan ordusu ilə ayaqlaşır. Yəni ermənilərin balans barədə dedikləriəslində boş əfsanədir. 2016-cı ildə baş vermiş aprel döyüşləri bunu sübut elədi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol