• $
  • €
  • ₽
  • ₺
  • £

Poroşenko payızda döyüşə başlayır – ƏSAS RƏQİBLƏR

Poroşenko payızda döyüşə başlayır – ƏSAS RƏQİBLƏR
11.08.2017 22:00
Ukrayna prezidenti Pyotr Poroşenkonun reytinqi sürətlə aşağı düşür. Onun 2019-cu ildə keçiriləcək seçkilərdə qələbəsi böyük şübhə doğurur.

Publika.az xəbər verir ki, "Ukraynskaya Pravda” nəşrinin mənbələrinin sözlərinə görə, Poroşenkonun əsas problemi Yuliya Timoşenkodur.

Bütün sosioloji sorğulara görə, keçmiş baş nazir, "Batkivşina” Partiyasının lideri Poroşenkonu qabaqlayır. Ehtimal ki, ölkədə heç nə dəyişməsə, 2019-cu ildə məhz Timoşenko Ukraynanın növbəti prezidenti olacaq.

Amma Poroşenkonun siyasi texnoloqları ümidlərini itirmirlər.

Əsas mesaj payızda olacaq və faktiki olaraq prezidentin kampaniyasının gizli startı veriləcək. Dövlət başçısı Avropa İttifaqına giriş kursunu elanı olacaq. Poroşenkonun planına görə Avropa İttifaqına üzvlük üzrə sifarişin verilməsi onun ikinci prezidentlik müddətinin sonuna qədər mümkün olacaq. Əlbəttə ki, o, prezident seçilsə.

Poroşenko həmçinin "Pyotr Poroşenkonun Bloku”nun üzvü, çoxillik siyasi texnoloq İqor Qrınivin hazırladığı strategiyanı qəbul edib. Poroşenkoya prezident səlahiyyətlərini qismən parlamentə verilməsi təklif edilir. Amma prezident səlahiyyətlərinin ciddi məhdudlaşdırılmasından söhbət getmir. Qubernatorların təyinatı funksiyasının deputatlara ötürülməsi təklif olunur, amma prezident hökumətdə Xarici İşlər Nazirliyi və güc blokuna təsirini saxlayacaq.

Ali Rada ikipalatalı olmalıdır. Yuxarı palatanın 150 deputat olmaqla majoritar qaydada (birmandatlı dairələr üzrə), aşağı palatanın isə 300 deputat olmaqla proporsional (partiya siyahısı üzrə) qaydada seçilməsi təklif olunur.

Prezident çoxdankı texnoloqun hazırladığı strategiyanı bəyənsə də, o hələ son mətn deyil. 

Poroşenkonun ətrafı əmindir ki, prezident 2019-cu ilə qədər bir neçə dəfə strategiyaya dəyişikliklər edəcək.

2019-cu ilə qədər Donbas müharibəsinin gedişatı, həmçinin Krım ətrafında vəziyyət Poroşenkonun siyasi gələcəyinə böyük ölçüdə istiqamət verəcək.

Poroşenkonun komandasında həmçinin Radikallar Partiyasının lideri Oleq Lyaşko ilə ikinci turun variantına baxırlar. Bir tərəfdən, Lyaşkonun irəliləyişi Poroşenkonun əsas rəqibi Timoşenko amilini tarazlaşdırmağa imkan verəcək, digər tərəfdən, "Pyotr Poroşenkonun Bloku”nda düşünürlər ki, Lyaşkoya nəzarət etmək və onun qələbəsinə imkan verməmək mümkündür.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol