• $
  • €
  • ₽
  • ₺
  • £

Neftçalada biabırçılıq: İdarə rəisi şəhidi ələ saldı

Neftçalada biabırçılıq: İdarə rəisi şəhidi ələ saldı
29.05.2020 00:19
Şəhid atası Neftçala rayon Elektrik Şəbəkəsinin rəisi Vurğun Şirəliyev və qardaşı Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevdən Azərbaycan Prezidenti İlham Əliyevə şikayət edib.

Bakunews.az redaksiyasina daxil olan şikayət məktubunu təqdim edir:
Möhtərəm Cənab prezident! Zati Aliləri!

Oğlum Neftçala rayon sakini Məmmədov İlyas Oktay oğlu cənab prezident sizə və baş prokuror Zakir Qaralova şikayət məktubu ünvanlayaraq, Neftçala rayon Elektrik şəbəkəsinin müdiri Vurğun Şirəliyev və onun işçisi Vidadi adlı şəxs tərəfindən haqsızlıqla məruz qalması ilə bağlı məlumat verib, kömək istəmişdi.(Müraciətin bir surətini də KİV-ə, yollayıb.)

Oğlum şikayətində bildirib ki, rayon Elektrik şəbəkəsinin əməkdaşı Vidadi adlı şəxs heç bir qanunu əsas olmadan onum mağazasına gələrək işıq sayğacının plombunu qəsdən qıraraq, ona qanunsuz olaraq 296 manat cərimə tədbiq edib.

Oğlum Məmmədov İlyas işiq idarəsinin əməkdaşı Vidadi adlı şəxsə şikayət edəcəyini bildirdikdə onu daha 1000 manat cərimələyəcəyi ilə bağlı hədələyib.
OğlumNeftçala rayon işıq idarəsinin müdürü Vurğun Şirəliyevin yanına gedərək bu qanunsuzluq barəsində məlumat verib. Vurğun Şirəliyevə bildirib ki, mənim qardaşım Məmmədov Elnur 1993 cı ildə Qarabağda şəhid olub. Biz bir dəfə belə olsun onun adından istifadə edib dövlətdən heç nə tələb etməmişik. Alın tərimizlə çörəyimi qazanıb ailəmi saxlayıram, amma ona belə icazə vermirsiniz. Cavabında isə kobudluqla üzləşib. Vurğun Şirəliyev oğlum İlyas Məmmədova, "mənim qardaşım da Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevdir” – deyərək gülməyə başlayıb.

Mənim oğlum Məmmədov Elnur 1993 cı ildə Qarabağda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Vətən sağ olun. Bu müraciətimi sizə bəlkə də ünvanlamazdım. Lakin bu gün hansısa idarə rəisinin mənim şəhid olmuş oğlumu ələ salıb gülməsi məni çox kədərləndirdi. Belə çıxır mənim oğlum onun üçün şəhid olub ki, Vurğun Şirəliyev qardaşı Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevə arxayın olub, şəhid ailələrini əla salıb gülsün. Bu gün Vurğun Şirəliyevin rayonda 50 ha balıq gölü, 1000 ha yaxın əkin sahəsi və dəyəri 100 min manatlarla ölçülən mülkləri varsa, bunu mənim oğlum və digər şəhidlərə borcludur.

Oğlum Vurğun Şirəliyevdən şikayət etdiyi üçün, oliqarx qardaşı yaxın adamlardan xəbər yolayaraq hədələyir ki, elə etməsinlər onların Neft Trestində işləyən qohumlarını işdən çıxarım, dükanını başlarına uçurdum.

Cənab prezident necə olur ki, oğlum Məmmədov Elnur 1993-cü ildə Qarabağda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olur adına bir küçə belə yoxdur, amma Vurğun Şirəliyevin dünyasını dəyişmiş qardaşının adına Neftçala rayonunun mərkəzi küçələrinin birində adına küçə verilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol