• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərdən növbəti həyasız addım

Ermənilərdən növbəti həyasız addım
15.08.2017 14:01
Dolmanı, lavaşı və bir sıra yeməkləri "özəlləşdirən” ermənilər dayanmaq fikrində deyillər.

Anews.az Ölkə.Az-a istinadən xəbər verir ki, ermənilərin bu dəfəki hədəfi "Napoleon” tortu olub. Çexiyada  fəaliyyət göstərən şirniyyat dükanlarının birində "Napoleon” tortu erməni desserti adı ilə satışa çıxarılıb.

Ermənilər Çexiyada "Marlenka” şirkətinin "Ballı” tortunu istehsal edirlər. Guya resept qədim erməni reseptidir. Çexlər isə bu əfsanəyə inanırlar.

Görünən odur ki, erməni həyasızlığının sərhədi yoxdur. Sosial şəbəkə istifadəçilərinin, xüsusən də Avropada yaşayanların bildirdiyinə görə, ermənilər "qədim erməni qəhvəsi”, "qədim erməni çayı” adı altında da dükanlara öz "məhsullarını” soxuşdurmağa davam edirlər.

Bu dəfə isə ermənilərin hədəfi Avropada və Rusiyada geniş yayılan "Napoleon” tortudur. Biz isə tortun yaranma tarixçəsinə qısa nəzər saldıq.

1812-ci ildə Napoleon Bonapart Rusiyada məğlub olur. Bu vacib tarixin 100 illiyi qeyd ediləndə Rusiyada geniş tədbirlər keçirilir. Hazırlıq isə bir müddət əvvəldən başlayır. Məhz bayram masasına aşpazlar ağızda əriyən pirojna bişirə bilirlər. Bu şirniyyatı isə Napoleon adlandırırlar.

Bəzi versiyalara görə isə tortun resepti XIX əsrin ikinci yarısından məlumdur. Fransa və İtaliyada bu tortu "millefeuille”, yəni min qatlı, ABŞ-da Napoleon, Böyük Britaniyada isə "Vanilla slice” və ya "Cream slice” adlandırırlar. Qeyd edilir ki, tortun adı "Neapol” şəhəri ilə bağlıdır.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol