• $
  • €
  • ₽
  • ₺
  • £

Yavər Camalovun qardaşı məhkəmədə ifadə verdi

Yavər Camalovun qardaşı məhkəmədə ifadə verdi
16.08.2017 11:19
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 
"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Əlikram Camalov mülki iddia qaldırdığını bildirib.
 
Məhkəmə mülki iddianı təmin edib.
 
O sərbəst ifadəsi zamanı deyib ki, təqsirləndirilən şəxslə aralarında pul barədə müqavilə olub: "Onunla iki-üç il bundan əvvəl tanış olmuşam. Tanışlığımız təsərrüfat mallarının alqı-satqısı zamanı yaranıb".
 
Əlikram Camalov qeyd edib ki, təqsirləndirilən S.Nəbiyevlə aralarında biznes fəaliyyəti olmayıb: "Mən ona 18 min manat pulu köməklik məqsədi ilə vermişdim. Özünə iş quracağını dedi. Bunu da iki dəfəyə vermişəm. Həmin pulun 50 faizini keçəcəkdim. Artıq keçmirəm. Aramızda olan müqavilə 2015-ci ilin noyabır ayında imzalanıb. Əvvəl Samir pulu geri qaytarmadı deyə, onunla müqavilə bağladım. Sonra Samir məni aldadıb, pulumu geri qaytarmadı. Mənə ayda 2100 manat pul verməli idi. Lakin o, qazancından sadəcə 4000 manat pul qaytardı".
 
Hakimlərin suallarını cavablandıran təqsirləndirilən S.Nəbiyev söyləyib ki, Ə.Camalovdan aldığı puldan 4000 manat və 1500 dollar pul geri qaytarıb: "Sonra mağazada işlər yaxşı getmədi. Həmin pulları da Əlikram müəllimin sürücüsü Hidayət müəllimə vermişəm. O, iki dəfə mağazaya gəlib, pulu aparıb. Sonra imkanım olmadı, atam rəhmətə getdi. Heç bir yerə qaçıb, gizlənməmişdim. Atamın yas mərasimi günü sahə müvəkkili gəlib məni apardı".
 
 
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında S.Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Ötən məhkəmə iclasında S.Nəbiyevin vəkili Ceyhun Yusifov vəsatətlə çıxış edərək, məhkəmə istintaqının təzələnməsini istəyib. Vəsatət təmin edilib.
 
İttiham aktına əsasən, S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən "Brend Elektrik” elektrik avadanlığı satışı mağazasına sərmayə qoymağı istəyib. Əvəzində isə qazancın yarısını nazirin qardaşına verəcəyini vəd edib.
 
Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib.
 
S.Nəbiyev isə vəsaiti mənimsəyərək Ə.Camalova pulu qaytarmayıb. Nazirin qardaşı Nərimanov Rayon Polis İdarəsinə şikayət edib. Daha sonra onun müraciəti araşdırıldıqdan sonra Nərimanov Rayon Prokurorluğunda 12 yanvar 2017-ci ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başladılıb.
 
Təqsirləndirilən S.Nəbiyev həbs edilməyib, onun himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
 
Məhkəmənin növbəti prosesi avqustun 23-nə təyin olunub. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol