• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda qiyam, Qarabağda müharibə...

Ermənistanda qiyam, Qarabağda müharibə...
16.08.2017 11:34
Ermənistan Rusiya orbitindən çıxaraq, mərkəzdənqaçma siyasətinə üz tutur.

GoldNews.Az xəbər verir ki, bu ölkənin xarici işlər nazirinin müavini Savarş Koçaryanın "Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində səsləndirdiyi fikirlər İrəvanın gələcək siyasətinə dair ehtimallar irəli sürməyə imkan verir.

S.Koçaryan deyir ki, Ermənistan heç bir ölkəyə bel bağlamamalıdır: "Biz müxtəlif dövlətlər, güc mərkəzləri və beynəlxalq təşkilatlar arasında diversifikasiya edəcəyik”.

Təbii ki, Koçaryan birbaşa tabe olduğu nazir Edvard Nalbandyanın, Nalbandyan isə Serj Sarkisyanın fikrini çatrırır. Yəni İrəvan Moskvaya mesaj verir, lakin burada mesajdan daha çox yeni siyasi oriyentasiyanın də elementləri görünür. Əslində Ermənistanın Gürcüstanda keçirilən NATO təlimlərinə qatılması İrəvanın siyasi oriyentasiyasını dəyişmək istəklərindən xəbər verirdi.

Hətta Ermənistan mediası açıq mətnlə yazır ki, bu ilin sonunda Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı” sammitində İrəvan siyasi kursunu dəyişdiyini elan edəcək. Rusiyada müxtəlif ekspert dairələrinin dedikləri də Moskvanın İrəvandakı "qiyam”dan xəbərdar olduğunu göstərir.

Sual yaranır: Rusiya öz forpostunun ovuclarından balıq kimi sürüşüb getməsinə icazə verəcəkmi, yaxud ruslar "erməni qiyamı”nı yatırmaq üçün hansı addımlar atacaq?

Bu kontekstdə erməni jurnalist Tevos Arşakyanın yazdıqları diqqət çəkir.

Erməni jurnalist məxfi mənbələrinə istinad edərək yazır ki, son aylar ABŞ və Böyük Britaniya səfirliklərinin əməkdaşları hökumətdə və Prezident Administrasiyasında yüksək vəzifəli erməni məmurlarla intensiv şəkildə gizli görüşlər keçirir: "Onlar ölkə rəhbərliyini Rusiyaya sözsüz tabe olmağın zərərlərinə inandırırlar. Təklif edirlər ki, İrəvan Avropa İttifaqı və ABŞ-la yaxınlaşmaq qərarını verəcəksə, Ermənistana maliyyəə-iqtisadi, siyasi dəstək veriləcək, həmçinin, Dağlıq Qarabağ münaqişəsində kömək ediləcək. Bizim məlumatımıza görə, Ermənistan "Şərq Tərəfdaşlığı” sammitində xarici siyasət kursunu dəyişdiyini elan edəcək və beləliklə, Rusiya Cənubi Qafqazda yeganə müttəfiqini itirəcək”.

Erməni jurnalist qeyd edir ki, Rusiya Ermənistanı öz orbitində saxlamaq üçün ən müxtəlif yollara əl ata bilər.

"Hətta əminəm ki, Rusiya İrəvandakı rusiyayönümlü güclərin əli ilə ölkədə qiyam başlayacaq, həmçinin, Dağlıq Qarabağda müharibəyə start verəcək”, - deyə o vurğulayıb.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol