• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp Qarabağda Azərbaycanın tərəfinə keçir

Tramp Qarabağda Azərbaycanın tərəfinə keçir
17.08.2017 15:28
Donald Trampın Qarabağ münaqişəsinin həllinə baxışı əvvəlki adminstrasiyanın yanaşmasına baxanda Azərbaycan üçün daha müsbətdir.

İstiPress-ə bu barədə Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq  Qabil Hüseynli bildirib.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın Azərbaycan mətbuatına müsahibəsini şərh edən politoloq bildirib ki, Tramp adminstrasiyasının münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həllində maraqlı olduğu görünür:

"Hoqland ərazilərin geri qaytarılmasından danışanda 5 rayonun qaytarılmasını vurğulamayıb, bu, Ermənistan ordusunun Dağlıq Qarabağ ətrafındakı 7 rayondan çıxarılması deməkdir. Həmçinin Dağlıq Qarabağın statusunun sadəcə müəyyən edilməsinə toxunulub. Əvvəlki adminstrasiya isə statusun öz müqəddəratını həll etmək pirinsipi ilə sintezdə müəyyən edilməsini vurğulayırdı”,- deyə Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, ərazi bütbvlüyünü və sərhədlərin toxunulmazlığı prinsipini üstün tutan Amerika Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq əsasında həll etməyə maraqlı olduğunu göstərir:

"Bundan əvvəl NATO da bəyanat verdi ki, postsovet məkanında bütün münaqişələr eyni prinsip əsasında həll edilməlidir. Alyans həm də bəyanat verdi ki, Moldova və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Abxazlar və osetinlər münaqişə zonasında yaşayan avtoxton xalqlardır və dövlətləri yoxdur, Dağlıq Qarabağ erməniləri isə gəlmədir, həm də ermənilərin dövləti artıq var. Buna görə ermənilərin öz müşəddəratını həll etmək prinsipindən danışmağa haqları yoxdur”,- deyə Qabil Hüsenyli vurğulayıb.

Lakin Azərbaycan politoloqlarının heç də hamısı Hoqlandın dediklərini ciddiyə almır. Politoloq Tofiq Abbasov İstiPress-ə müsahibəsnidə Riçard Hoqlandın öir neçə gün öncə "Azadlıq” radiosunun rus redaksiyasına verdiyi müsahibəni yada salır:

"Həmin müsaşibədə Hoqland qoşunların təmas xəttində müşahidə mexanizmlərinin quraşdırılmasının, yəni status-kvonun tərəfdarı kimi çıxış edir. Buna görə də həmsədrlərə çox da güvənmək olmaz. Onlardan münaqişənin həlli üzrə BMT-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini tələb etmək lazımdır”,- deyə politoloq vurğulayıb.

Əslində, münaqişənin həllində əsas sözü Azərbaycan deməlidir və BMT-nin qəbul etdiyi qətnamələrin icrasına Ermənistanı Azərbaycan məcbur etməlidir, təbii ki, beynəlxalq güclər balansını nəzərə almaqla. Hələ ki, Ermənistanı bu məsələdə Rusiya müdafiə edir.

Aprel döyüşlərinin gedişi göstərir ki, Rusiya Qarabağda Ermənistanı ordusuna hər cür dəstək verir.  1990-cı illərdən fərqli olaraq rus əsgəri döyüşlərə birbaşa qatılmasa da, Kremlin kosmik müşahidə cihazları ilə Azərbaycan döyüşçülərinin hərəkət istiqamətini, koordinatlarını ermənilərə verdiyi aydın idi. Əgər münaqişə uzansaydı, Moskvanın köməyi maddi-texniki təchizata və kadr dəstəyinə qədər yüksələcəydi.

Buna görə, Azərbaycan regionda qüvvələr nisbətinin müəyyən qədər dəyişməsini gözləməlidir və Ermənistanda baş verən proseslər buna ümid etməyə imkan yaradır. Hazırda Ermənistanda Rusiya əleyhinə hərəkat xeyli güclənib və rusiyalı politoloq Nikita İsayevin "Vestnik Kafkaza” portalına dediyinə görə, Ermənistanda rusofobiya bəzən 80 faizə qədər yüksəlir. Ermənistan mətbuatı rusiyapərəst indiki hakimiyyətdən  qərbyöünümlü siyasətə keçməyi tələb edirsə. Əgər 2018-ci ildə başlayacaq parlament üsul-idarəsi nəticəsində bu baş verəcəksə, Rusiya Cənubi Qafqazdakı yeganə forpostunu itirəcək və Ermənistandan çıxacaq. Bu, o deməkdir ki. İrəvan Qarabağ məsələsində Moskvanın dəstəyini də itirəcək. Həmin ana qədər isə Azərbaycan münaqişənin güc yolu ilə həlli üçün gücünü artırmalıdır.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol