Qarabağ münaqişəsi ən çox bu ölkəni narahat edir - VİDEO

Rusiya vəziyyəti sabitləşdirmək və danışıqlar prosesinin davam etdirilməsi üçün əlindən gələn hər şeyi edir
"Rusiya həmişə Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılmasına yönəldilmiş tədbirləri dəstəkləyir".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, münaqişənin nizamlanması tərəflərin humanist iradəsindən asılıdır".
M.Zaxarova Rusiyanın vəziyyəti sabitləşdirmək və danışıqlar prosesinin davam etdirilməsi üçün əlindən gələn hər şeyi etdiyini vurğulayıb: "Bu ilin aprel ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iclası zamanı məhz bu cür yanaşma var idi".
Rusiya XİN rəsmisi həmçinin hazırda həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti sammitə hazırlıq üzərində işlədiyini bildirib: "Məsləhətləşmələr BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində davam etdiriləcək".
Zaxarova münaqişənin Rusiyanın xarici siyasətinin prioritetlərindən biri olduğunu xatırladıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























