• $
  • €
  • ₽
  • ₺
  • £

Moskva Azərbaycanı yeni müharibəyə qızışdırır

Moskva Azərbaycanı yeni müharibəyə qızışdırır
18.08.2017 13:01
Ermənistanın Avrasiya İttifaqından çıxması tələb edilir

Ermənistanda Rusiya əleyhinə isteriya yağışdan sonra göbələyin artması kimi artır.

Erməni KİV-ləri hər gün Moskvaya hücumu artırır. Onların fikrincə, Moskva erməni siyasətinə ciddi maneçilik törədir.  Məsələn, "Moskva Azərbaycanı yeni müharibəyə qızışdırır” məqaləsində deyilir ki, Kreml Ermənistanın Gürcüstanda keçirilən NATO təlimlərində iştirakını sinirə bilmir.

Erməni nəşrlərinin başqa dərclərində isə iddia edilir ki, Moskva İrəvana xəbərdarlıq edərək başa salır ki, NATO ilə hər hansı yeni saziş bağlanarsa, o, Azərbaycana yeni müharibə üçün xeyir-dua verəcək. Yəqin ki, bütün bu kampaniya rəsmi İrəvanın səssiz razılığı əsasında gerçəkləşdirilir.

Bundan başqa, hətta müxalifətdən olmayan bəzi deputatlar da tələb edirlər ki, Ermənistanın Avrasiya İttifaqından çıxarılması məsələsi səs verməyə qoyulsun. Bu isə Rusiya ilə iqtisadi əlaqələrin tam kəsilməsi və əlbəttə ki, nə cürsə Avropa Birliyinə daxil olması deməkdir.

Hətta yerli ekspertlərin fikrincə, bu cəhd iflasa məhkumdur. Bəllidir ki, Avropa Birliyinin bu respublikadkı səfiri baş tutmuş parlament seçkilərini ən aşağı səviyyədə qiymətiləndirir. O, İrəvanda keçirilmiş mətbuat konfransında çıxış edərək seçkilərdə rüşvət və satınalma hallarından danışıb. Buna görə Ermənistanın bir sıra vəzifəli şəxsləri tərəfindən tənqid edilib.

Hələ ki, hakim Respublika Partiyası Avrasiya İttifaqından çıxmaq məsələsinə qarşı çıxır.  Bu barədə jurnalistlərə partiyanın mətbuat katibi Eduard Harmazanov bildirib.

"Əgər biz Avrasiya İttifaqına girməsəydik, Ermənistan yalnız bazarda pomidor və xiyar sata bilərdi”,- deyə o bildirib.

Hakim partiyanın təmsilçisi vəd verib ki, bu ilin payızında Ermənistanın Avrasiya İttifaqına daxil olduğu müddət ərzində qazandığı nailiyyətlər barədə ətraflı hesabat verəcək.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol