• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ münaqişəsinə dair müqavilə hazırlanır” - deputat

“Qarabağ münaqişəsinə dair müqavilə hazırlanır” -  deputat
19.08.2017 10:56
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq prinsiplərə söykənən mükəmməl müqavilə üzərində iş gedir və nəticəsini yaxın zamanlarda gözləyirik”.

Bunu AzVision.az-a açıqlamasında Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev deyib. 

Millət vəkili bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan prezidenti ilə görüşü çox vacibdir: "Azərbaycan danışıqlar prosesinə həmişə konstruktiv mövqedən yanaşıb və ərazi bütövlüyünü təmin etmək üçün ən düzgün yol hesab edir. Azərbaycan sülh yolu ilə danışıqlar prosesi nəticəsində ərazi bütövlüyünün təmin olunmasına çalışır. Beynəlxalq prinsiplərə söykənən mükəmməl bir müqavilə üzərində iş gedir və nəticəsini yaxın zamanlarda gözləyirik. Gözlənilir ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində prezidentlərin görüşü təşkil olunsun. Hesab edirəm ki, bu görüş çox vacibdir. Bu baxımdan ki, həmin binada BMT Təhlükəsizlik Şurasının 4 qətaməsi qəbul olunub”.

R.Rzayev vurğulayıb ki, danışıqlar dayansa, regionda gözlənilməz hadisələr baş verə bilər: "Məhz bu qərarların icra mexanizmləri haqqında BMT də düşünməlidir. Həmçinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda bunun yolu tapılmalıdır və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. 

"İlk növbədə Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazilərindən çıxarılmalıdır. Ölkə başçısının görüşü çox vacibdir və yaxşı olar ki, artıq substantiv danışıqlara keçilsin, Ermənistan prezidenti aydın, birmənalı və kontruktiv mövqedən çıxış etsin. Əks halda Azərbaycan öz ərazisində anti-terror əməliyyatı həyata keçirə bilər. Burada beynəlxalq hüquq Azərbaycan tərəfindədir. Belə olan halda çox gözlənilməz itkilər ola bilər. Regionda onsuz da problemlər çoxdur. Belə halda regionda daha böyük gözlənilməz hallar baş verə bilər. Bütün bunları nəzərə alaraq sülh danışıqlarına önəm vermək lazımdır”.

R.Rzayev qeyd edib ki, münaqişə ilə bağlı aparıcı dövlətlər - Rusiya, ABŞ, Fransa öz mövqelərini daha dəqiq səsləndirməlidirlər: "Həm ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, həm də münaqişənin həllində maraqlı olan digər dövlətlər də aktiv siyasətə keçməlidirlər. Həmsədrlər öz işlərində daha qəti addımlar atmağı bacarmalıdırlar. Görüşlər mütəmadi və substantiv olmalıdır. Bu, həm həmsədr, həm də region dövlətlərinin marağında olmalıdır”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında hazırda həmsədrlərin prezidentlərin növbəti görüşünün təşkili üzərində işlədiklərini bildirib. 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol