• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni komandir ölkəsini biabır etdi: “Xəstə uşaqları Qarabağa göndərirlər”

Erməni komandir ölkəsini biabır etdi: “Xəstə uşaqları Qarabağa göndərirlər”
20.08.2017 14:45
Qayane Avetyan Qarabağda doğulub. O, Vazgen Sarkisyan adına hərbi institutu bitirib. 3 ildir ki, Madagizdə xidmət edir. Snayper və bölük komandiridir.
AzVision.az xəbər verir ki, Avetyan "Hraparak”a müsahibəsində Ermənistan ordusu ilə bağlı ifşaedici faktlar açıqlayıb, prezident Sarkisyanın apardığı uğursuz siyasəti sərt tənqid edib.

"Serj Sarkisyan bu gün ordunu öz şəxsi əmlakına çevririb. Cəbrayıla komandir dostum Armen Gözəlyanın yanına getmişdim. Deyirəm ki, Ermənistandan Dağlıq Qarabağa hərbi xidmətə xəstə uşaqları göndərirlər, o isə mənə bildirir ki, "bu normaldır, əgər Ermənistandan uşaqları göndərirlərsə, nəticədə onlar ümumən "ətlik" olurlar. Biz heç nə edə bilmirik”. 

Mən həkim komissiyasına sual ünvanlayıram ki, uşağın əlilliyi var, 7-ci maddənin "Q" bəndinin tələblərinə uyğundur. Bəs niyə həmin xəstə uşaqları sərhədə göndərirlər? 

Ermənistan prezidenti müharibə vəziyyətində hər kəsə manipulyasiya edir. O, təcrübəli polkovniki vəzifəsindən çıxarır, başqa yerə qoyur. İnsan xidmət edib, lakin onu düz danışdığına görə ruhi xəstə hesab edirlər”.

Müsahibin sözlərinə görə, Madagizin komandiri Harutyun Amirxanyanı vəzifəsindən çıxararaq Ermənistanın digər hərbi hissəsində komandir təyin ediblər.

"Amirxanyanı yaxşı tanıyırıq. Neçə dəfə həyacan olub, Amirxanyan hərbi hissədə olmayıb, heç diversiyanın nə olduğunu bilmir. Həmin insanı nəinki məsuliyyətə cəlb etdilər, hətta prezident tərəfindən təltif edildi. O, nəyə əsaslanaraq həmin medalı aldı və 3-cü korpusa komandir təyin edildi? 

Deyə bilərəm ki, Amirxanyan Serj Sarkisyanın qohumudur. Madagizin digər bir komandiri Qevorq Manqasaryanı da ikinci korpusa komandir təyin etdilər. Manqasaryan da döyüş mövqeyinin nə olduğunu bilmir. Əsgərlərdən istifadə edən, onların valideyinlərini aldadan həmin komandirləri məsuliyyətə cəlb etmək lazım idi. Bu sualı prezidentə verin ki, niyə belə yararsız insanları komandir təyin edir?

O, ümumiyyətlə silahdan anlayışı olmayan Vigen Sarkisyanı müdafiə naziri təyin edib. Təyin edib, çünki Vigen Sarkisyan da Serj Sarkisyanın qohumudur. Sarkisyanın heç nədən xəbəri yoxdur. Vigen Sarkisyan kimi nazir vəziyyət gərginləşəndə bir dəfə də olsa gəlib hansısa mövqedə dayanıb? Vigen özünü nazir kimi göstərmək istəyir. Bizə bu cür nazir lazım deyil"- Qayane Avetyan deyib.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol