• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərə geri çəkilmə komandası verildi

Ermənilərə geri çəkilmə komandası verildi
29.05.2020 08:18
Ermənistan hökuməti Gümri şəhərində yerləşən 3 saylı məktəbin bağlanmasına qərər verib.

İstiPress-in məlumatına görə, 1937-ci ildə tikilmiş və şəhərin ən yaxşı təchiz edilmiş tədris müəssisələrindən biri olan Hovanes Tumanyan adına məktəb şagirsizlik üzündən bağlanıb. 2016-2017-ci tədris ilində məktəbdə cəmi 141 şagir olub və onlara 40-a yaxın müəllim dərs keçib. Yəni bir müəllimə üç şagir düşüb.

Məktəbin direktoru Karen Darbinyan "Sputnik Armeniya” portalına bildirib ki, il ərzində məktəbdə şagirdlərin sayı 56 nəfər azalaraq 85-ə düşüb. Azalmaya səbəb məzunlarla yanaşı aşağı sinifləri də şagirdlərin tərk etməsi olub. Birinci sinfə isə şagird tapmaq mümkün olmayıb. Bu təbii ki, ailələrin Gümrünü və ümumiyətlə Ermənistanı tərk etməsi ilə bağlıdır. Karen Darbinyan bunun ardınca Gümrünün digər məktəblərinin də bağlanacağını bildirib.

Əslində, bu məsələ Gümrü pedaqoqları üçün çox gözlənilməz olub. Çünki bir neçə ay öncə Gümrünün mərkəzi olduğu Şirak vilayətinin kənd məktəblərinin bağlanmasından söhbət gedirdi. Məsələ bundır ki, Ermənistanın Gürcüstanla sərhəd şimal bölgələrində kəndlər ildən ilə boşalırdı, hökumət buna görə boş kəndlərdə məktəbləri bağlamağa qərar vermişdi.

Düzdür, bu, Ermənistan üçün yenilik deyil, hakim Respublika Partiyasını təmsil edən deputat Samvel Farmanyan da bildirib ki, Ermənistan artıq qocalmış ölkə sayılır və ölkədən hər il 20-30 min adam köçür. Köçdə əsas rolu Qarabağ münaqihəsi və ondan doğan sosial problemlər oynayır. Amma Ermənistan milli statistika xidmətinin göstəricilərini müqayisə etdikdə görmək olur ki, son illərdə məktəbli sayının azalma sürəti xeyli yavaşımışdı və bəzi ekspertlər hətta miqrasiyanın ən dibə endiyini iddia edirdilər. Amma bu ilki sıçrayış heç də belə olmadığını göstərir.

İndi isə vəziyyət kəskin dəyişib, artıq Gümridə də məktəblər bağlanmağa başlayıb. Bu, Ermənistandan köçün yeni dalğası deməkdir. Beləliklə, ermənilərin Qarabağ münaqişəsinin ikinci mərhələsinə keçdiyini ehtimal etmək olar. Bu mərhələ barədə hələ 1988-ci ildə - Qarabağ hərəkatının ilk aylarında sonradan Xocalı cəlladı kimi tanınmış, hətta general da olmuş Samvel Babayan danışmışdı. Gəncədən mitinqə drujinaçı kimi aparılmış azərbaycanlı tanışları ilə söhbət etmiş Babayan bildirmişdi ki, ermənilər Qarabağı rəsmi şəkildə Ermənistana birləşdirməsələr Cənubi Qafqazı tərk edəcəklər.

İkinci plana Rusiyanın boşalmaqda olan Şimali Qafqaz çöllərində "Böyük ErmənistanⅦ yaratmaq daxildir. Bu plan Pentaqonun bir neçə il qabaq dərc etdiyi bir xəritədə də öz əksini tapmışdı. Həmin xəritədə Qara dəniz sahilindəki Novorosiyskdən Xəzərə qədər uzanan «Böyük Ermənistan» təsvir edilmişdi. Yəqin Ermənistan rəhbərliyi NATO ilə görüşlərdən sonra bu plana başlayıb və Rusiyanın dağıldığı günü gözləyir.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol