• $
  • €
  • ₽
  • ₺
  • £

Ramil Səfərovdan düşmənə MESAJ: “Əzəcəyik”

Ramil Səfərovdan düşmənə MESAJ: “Əzəcəyik”
23.08.2017 11:28
"Mənfur düşmənlərimiz və havadarları çalışırlar ki,  işğal prosesini bir az da uzatsınlar. O səbəbdən ki, yetişən gənc nəsil o torpaqları görməyib, havasından udmayıb suyundan içib, çörəyindən yeməyib. Düşünürdülər ki, məhz bunlara görə Dağlıq Qarabağ münaqişəsini öz xeyirlərinə həll edə bilərlər. Amma yanıldılar”.
 
Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov Cəbrayılın 24-cü işğal gününə həsr olunmuş tədbirdə deyib.
 
O bildirib ki, müasir dövrdə dövlətləri tarixdən silmək çox asandır.
 
Bu gün dövlətlərin xəritəsini dəyişmək üçün heç də kənardan müdaxiləyə ehtiyac yoxdu. Müasir zəmanəmizdə daxildən "böl, parçala və idarə et” prinsipi aktualdır. Minillik dövlətçilik ənənələri olan dövlətlər var. Ad çəkmək istəmirəm. Son bir neçə il ərzində İslam mədəniyyətinin mərkəzi sayılmış, uzun əsrlər yaşı olmuş həmin dövlətlər parça-parça oldular.
 
Daxildə qardaş qırğını, məzhəb ayrı-seçkiliyi başladı. Bir qrup başqa bir qrupu çox rahatlıqla qətlə yetirib partlatdı, məhv elədi. Biz bunlardan dərs çıxarmalıyıq. Milli birlik və bərabərliyimizi, həmrəyliyimizi qoruyub saxlamalıyıq. Müasir dünyada etnik millətçilik, radikallıq, məzhəbçilik ən təhlükəli hallardır. Bir hərbçi olaraq mənim üçün ermənidən daha təhlükəli məsələ budur. Aydındır ki, silahlı qüvvələrimiz, güclü dövlətimiz var.
 
Məqamı yetişəndə düşməni qarşımıza alıb əzəcəyik. Dediyim digər məsələlər daha təhlükəlidir. Biz bunu 1990-cı ilin əvvəllərində yaşadıq. Cəbrayıl rayonunun işğal olunmasının səbəblərindən biri də budur. Azərbaycanda xaos vardı. Daxildə hərc-mərclik hökm sürürdü. Etnik ayrı-seçkilik baş qaldırmışdı. Azərbaycan daxilində müxtəlif dövlətlər qurmağa çalışırdılar. Bunların nəticəsi olaraq Azərbaycan işğala məruz qaldı. Gənclərimizə aşılamalıyıq ki, bir daha tarixi səhvlərə yol verməyək. Bu gün dini radikalizm ən təhlükəli məsələlərdən biridir. Gənclərə, yaxınlarımıza, dostlarımıza anlatmalıyıq ki, Azərbaycan üzərindən mənfur əməllərini həyata keçirmək istəyən qüvvələrə yol verməməliyik. Bu cür məsələləri ciddiyə almalıyıq. Dövlətimizi təhlükələrdən qorumalıyıq”.
 
Ramil Səfərovun sözlərinə görə, hər il işğal günündə o torpaqlara qayıtmaq istəyi artır.
 
"Hər işğal günündə bizim o torpaqlara qayıtmaq istəyimiz  daha da artır. Gənclərimiz işğalla heç zaman barışmayacaqlar. Son bir neçə ildə baş verən hadisələr onu göstərdi ki, nəinki işğalla barışmırlar, artıq səbr kasaları dolub. Bu onlar üçün böyük dərsdir.  Məsələyə inzibati, coğrafi ərazi konteksdən baxmayaq. İşğal olunmuş rayonlara qayıtmağa heç bir şübhəm yoxdur. Biz işğaldan sonrakı prosesə diqqət etməliyik. Necə edək ki, bir daha işğallara və təhlükələrə məruz qalmayaq. Biz dövlətimizi qurmuşuq. Dünya davam etdikcə bunu qoruyub saxlamalıyıq”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol