• $
  • €
  • ₽
  • ₺
  • £

Bu saziş İrəvan üçün KABUS OLACAQ

Bu saziş İrəvan üçün KABUS OLACAQ
29.05.2020 08:45
Azərbaycan Rusiyanın S-500 "Prometey” və "Antey-4000” ən yeni zenit-raket sistemlərinin mümkün alıcılarından biri olması barədə informasiya Ermənistanda qorxu ilə qarşılanıb.

"İzvestiya” nəşrinə müsahibəsində hərbi ekspert, "Silah ixracı” jurnalının baş redaktoru Andrey Frolov deyib ki, Azərbaycan Rusiyanın ən yeni zenit-raket sistemlərinə maraq göstərə bilər. Onun sözlərinə görə, bu sistemlər ilk dəfə avqustun 22-də başlanan "Ordu-2017” sərgi-forumda xarici hərbi mütəxəssislərə təqdim ediləcək. Onlardan başqa, sərgidə yenilənmiş "Buk-M3” zenit-raket kompleksi də nümayiş olunacaq.

S-500 "Prometey” və "Antey-4000” Rusiyada yaradılan hava-kosmik müdafiəsinin vahid milli sisteminin əsas elementləri hesab edilir. Ancaq onların real imkanları haqqında rəsmi informasiya praktik olaraq yoxdur. Məlumdur ki, S-500 hava-kosmik hədəflərinin geniş spektrini ələ keçirməyə qadirdir.

Azərbaycanın Rusiyanın sözügedən zenit-raket sistemləri alacağı halda İrəvanın "İsgəndər” raketləri ilə bağlı mifi də birdəfəlik dəfn edilmiş olacaq. Xatırladaq ki, bu ilin əvvəlində İrəvanda hərbi paradda "İsgəndər” raketlərini nümayiş etdirən Ermənistan hakimiyyəti "Azərbaycanla hərbi balans yaradıldı, ordumuz daha güclüdür” kimi nağıllarla erməni ictimaiyyətini aldatmağa çalışırdı. Xüsusilə aprel məğlubiyyətindən sonra onların buna ehtiyacı var idi. İrəvan nümayiş etdirdiyi raket kompleksinin 500 kilometr hədəfi 100 faiz dəqiqlikdə vura bilən "İsgəndər-M” raketi olduğunu iddia edirdi.

S-500 "Prometey” artıq məşhur olan S-400 zenit-raket sistemlərinin yeni modifikasiyasıdır və ekspertlərə əsasən, istənilən hədəfi vura bilər.

Erməni siyasi şərhçi Aram Amatuni hesab edir ki, sözegedən silaha Azərbaycanın sahib olması ehtimalı Ermənistan üçün olduqca təhlükəlidir.

O, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun iyul ayında "RİA Novosti”yə verdiyi müsahibəini xatırladıb. Ermənistanın Rusiyadan aldığı "İskəndər” raket kompleksləri haqda danışan Z.Həsənov Azərbaycanın "İskəndər”ləri məhv etmək gücünə malik silahlarının olduğunu deyib.Aram Amatuni bildirir ki, Rusiyanın bu bəyanatı kifayət qədər sakit qarşılaması bir sıra sualların ortaya çıxmasına səbəb oldu.

"Artıq Ermənistan mümkün Rusiya-Azərbaycan razılaşması olmadan belə böyük risk altındadır. Bu barədə danışıqların özü belə İrəvan üçün böyük təhlükədir. Bir neçə il sonra biz kifayət qədər ciddi fakt qarşısında ola bilərik. Bu, aprel müharibəsindən bir neçə dəfə təhlükəli olacaq. Aprel müharibəsi bir neçə milyard dollarlıq Rusiya-Azərbaycan hərbi-texniki razılaşmasının qarşısının alınmamasının nəticəsi idi”, - erməni şərhçi yekunlaşdırıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol