Əliyevlə Putin Soçidə anlaşdı, erməni Qabrielyanov cəzasını aldı

Azərbaycan və Rusiya prezidentlərinin ötən ay iyulun 21-də Soçidə baş tutmuş görüşü ilə neçə vaxtdır Azərbaycana qarşı hər fürsətdə təbliğat aparan, erməni Aram Qabrielyanovun başçılıq etdiyi "Life news” telekanalının bağlanması arasında əlaqə var. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumat jurnalist Eynulla Fətullayevin haqqin.az saytında bu günlərdə dərc edilmiş, Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyən Moskvadakı erməni dairələrinin fəaliyyətinə həsr olunmuş məqaləsində (https://haqqin.az/comics/108818) yer alıb.
Eynulla Fətullayevin məqaləsində deyilir ki, Rusiya XİN-dəki erməni dairələrinin Bakı ilə Moskva arasında mnasibətlrin möhkəmlənməsinə mane olmağa yönəlmiş bütün səylərinə baxmayaraq prezidentlər İlham Əliyev və Vladimir Putin arasında şəxsi etimada əsaslanan möhkəm format qalır. Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə, hakim elitalar və dövlət institutları arasında yeni arzuolunmaz böhranlı vəziyyətlərin yaranmasının qarşısını almaqda əsas ümid yeri məhz bu formatdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























