• $
  • €
  • ₽
  • ₺
  • £

Xızı partlayışında erməni əli

Xızı partlayışında erməni əli
28.08.2017 21:13
Xızıda baş vermiş partlayışın düşmən təxribatı olması istisna edilmir. İstiPress-ə müsahibəsində bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

"Təbii ki, partlayış təxribat ola bilər. Hər halda, Azərbaycanın müharibə etdiyi ölkə var və bu versiya araşdırılmalıdır. Amma səhlənkarlıq da ola bilər. Abxaziyada oxşar hadisə baş vermişdi və istintaq bunun səhlənkarlıq olduğunu müəyyən etmişdi. Ancaq yenə əsl səbəbi istintaq müyəyyən edəcək”, - deyə politoloq vurğulayıb.

Avqustun 27-də səhər saatlarında baş vermiş hadisə barədə sosial şəbəkələrdə də müxtəlif versiyalar dolaşır və daha çox bunun təxribat olduğu çox vurğulanır. Bəzi şəbəkə iştirakçıları hətta təxribatın Rusiya hərbi məktəblərində oxumuş zabitlər tərəfindən həyata keçirildiyini iddia edirlər.  Xoşbəxtlikdən əhaliyə elə ciddi zərər dəyməyib. Yaradılmış istintaq komissiyası insanların elə ciddi xəsarət almadığını bildirir. Xızı rayon icra hakimiyyətinin başçısının müavini Arzu Əzizovun İstiPress-in şimal bürosuna verdiyi məlumata görə, hadisə nəticəsində yaralanan 6 nəfərdən 5-i artıq evə buraxılıb. Həmçinin Giləzidə 3 ev, Şurabadda 1 ev dağılıb. Həm də dağıntılar üzrə dəyən zərərin məbləği müəyyən edilir ki, vətəndaşlara kompensasiya ödənilə bilsin.
Elxan Şahinoğlu da bu versiyaya diqqət yetirməyi unutmamağa çağırır: "Ümumiyyətlə, mən həmişə bizim hərbçilərin Rusiyada oxumasının əleyhinə olmuşam. Çünki düşmən Ermənistanın bizim hərbçiləri təxribata cəlb etməsinə orada daha çox imkan var.  Yadınızdadırsa, döyüş bölgəsində yerləşən N saylı hərbi hissədən Ermənistanın casusları aşkarlanmışdı”.

Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə bu məsələnin daha çox səhlənkarlığa oxşadığına işarə edir:
"Həmin anbarda ordudan silinməli, utilizasiya edilməli mərmilər olub. Onlar başqa əraziyə daşınaraq utilizasiya edilməli idilər. Ola bilər ki, isti havadan və ya ehtiyatsızlıqdan yanğın baş verib və partlayış olub. İstintaq bunun hamısını araşdıracaq. Ona görə indidən nəsə demək düzgün deyil. Amma təxribat da istisna edilmir”, - deyə politoloq vurğulayıb.

Əslində, təxribat variantı daima istintaqın diqqətində olmalıdır. Rusiyada baş vermiş meşə yanğınları göstərdi ki, bəzən yanğınlar bahalı əraziləri ələ keçirmək istəyən cinayətkar qruplar tərəfindən yandırılır. Konkret olaraq Giləzidə baş vermiş hadisə torpaq ələ keçirmək istəyi ilə bağlı ola bilməz. Çünki region yaşayış üçün elə də prestijli sayılmır. Burada əgər erməni təxribatı varsa, sırf əhali arasında çaxnaşma yaratmaq məqsədi daşıya bilər.  

Çingiz Rüstəmov
 İstiPress






www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol